Sağ olduqları hesab edilən israilli girovların cəsədləri necə tapıldı?
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail hərbçiləri əməliyyat zamanı Qəzza zolağının şimalında daha üç girovun cəsədini aşkar ediblər.
Bu barədə ölkənin Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, cəsədi tapılanlardan 30 yaşlı Orion Hernández Raduks meksikalı turist, 42 yaşlı Hanan Yablonka və 59 yaşlı Mişel Nisenbaum isə İsrail vətəndaşı olub.
Müdafiə Qüvvələrinin sözçüsü həmçinin əlavə edib ki, həmin şəxslər 2023-cü il oktyabrın 7-də, HƏMAS-ın İsrailə hücumu zamanı qətlə yetirilib, onların cəsədləri isə Qəzzada aşkarlanıb.
“Bu günə qədər onlarla bağlı heç bir məlumat əldə etmək mümkün olmadığından həmin girovların sağ olduqları güman edilirdi. Əfsuslar olsun ki, gözləntilərimiz özünü doğrultmadı. Kəşfiyyatçılar onların çoxdan öldürüldüyü xəbərini bizə verdilər”, – deyə məlumatda bildirilib.
#Qəzza zolağı teqi istifadə olunub
- Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR
- Müharibə bölgənin zeytun bağlarını və dolanışıq mənbələrini məhv edir
- Aviazərbələrin hədəfinin mülki şəxslər olmadığı bildirilib
- "Nuxba" və HƏMAS ciddi itkilər verib
- İsrail Müdafiə Qüvvələri yenidən Qəzza zolağına zərbələr endirib - Baku TV CANLI
