Pleyeri seçin:

Şahın arvadının xatirəsinə ucaldılan 40 min tonluq heyrətamiz abidənin sirri | ARAŞDIRMA

29 mart 2025 382 baxış

Saray salnaməçisi Məhəmməd Qəzvini bu adibə haqqında belə yazırdı: “Bu, bütün bəşəriyyətin əsrlər boyu heyranlıqla baxdığı şah əsər olacaq”.

Amma insanlar bu abidəyə yalnız heyranlıqla baxmaqla kifayətlənmədilər, həm də onun sirlərini araşdırmağa, memarlığında gizlədilən üstüörtülü məqamları gün üzünə çıxarmağa çalışdılar. Söhbət əbədi sevgi və sadəqət rəmzi olan Tac Mahaldan gedir.

Böyük türk imperiyası olan Moğolların 5-ci sultanı Şah Cahanın hakimiyyəti 1627-1658-ci illəri əhatə edir. Bir ucu Şimali Hindistana gedib çıxan bu əzəmətli dövlətin hökmdarı Şah Cahan həm də əfsanəvi eşqi ilə tarixə düşüb. Sevimli həyat yoldaşı Mümtaz Mahala duyduğu dərin sevgi dillər əzbəri olmuş və günümüzə qədər gəlib çıxmışdır.

Tikintisində 22 min ustanın iştirak etdiyi bu momumental abidənin memarı ustad Əhməd Lahoridir. Deyilənlərə görə, abidənin inşasında digər memar − türkəsilli İsa Məhəmməd Əfəndinin də əməyi var.

Amma məsələ yalnız onun gözəlliyi deyil. Hindistanın Aqra şəhərində ucalan tikilinin hind mədəniyyətinə heç bir aidiyyəti yoxdur, bu isə heç də təəccüblü deyil. Çünki Tac Mahal islamı təcəssüm edir. Qapı üzərindəki yazılar müqəddəs “Qurani-Kərim”dən ayələrdir.

Abidənin 4 tərəfindəki minarələr isə onun möhtəşəm görünüşünü daha da artırır. Döşəmədəki 8 guşəli həndəsi fiqurlar həyatın əbədi olmasına işarədir. Divardakı güllər isə cənnətin gözəlliyini və bolluğunu təcəssüm etdirir. Bütün bu işarələr islam alimləri tərəfindən qəbul edilmiş mənalardır ki, Tac Mahalda öz əksini tapmaqla onun möhtəşəmliyini bir az da artırır.

Maraqlıdır ki, qırmızı kərpicdən tikilməsinə baxmayaraq, üzərinə çəkilmiş cilalanmış ağ mərmər abidənin qeyri-adi ab-havasını bir az da önə çəkir. Belə ki, günəşin ilk şüalarında məscid çəhrayı, günorta dümağ, aylı gecədə isə gümüşü rəngə boyanır. Divarlarında firuzə, əqiq, malaxit və digər qiymətli daşlardan istifadə edilib.

Tac Mahalın çəkisi təqribən 40 min tondur. Məscidin çökməməsi üçün 20 ədəd 12 metr dərinliyə gedən sütunlar inşa edilib və bu Tac Mahalın bünövrəsini daha da möhkəm edir.

Tac Mahalın təəccüb doğuran elementlərindən biri də onun qüsursuz günbəzidir. Əsrlərdir heç bir dağıntıya məruz qalmayan bu günbəzin inşa texnikası müasir araşdırmaçıları biganə qoymayıb. Tədqiqatlar göstərir ki, günbəz bir-birinə dayaq olacaq şəkildə düzülən kərpicdən inşa olunub. Bu səbəbdən də günbəz dayanıqlı və qüsursuz alınıb. 

Kopyalandı
Rusiya ilə münasibətlər Çinlə əlaqələri sual altına alır? | “Politico”dan şərh

Rusiya ilə münasibətlər Çinlə əlaqələri sual altına alır? | “Politico”dan şərh

Dünya
18 mart 2026 382 baxış
ABŞ Prezidenti səbirsizliklə gözlədiyi görüşün vaxtını dəyişdi - Baku TV CANLI

ABŞ Prezidenti səbirsizliklə gözlədiyi görüşün vaxtını dəyişdi - Baku TV CANLI

Dünya
18 mart 2026 382 baxış
USAID-in Ukrayna üçün ayırdığı milyardların ödənilməsi zamanı pozuntular aşkarlandı

USAID-in Ukrayna üçün ayırdığı milyardların ödənilməsi zamanı pozuntular aşkarlandı

Dünya
18 mart 2026 382 baxış
Orbandan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasiya

Orbandan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasiya

Dünya
18 mart 2026 382 baxış
Zirvəni fərh etmək istəyən alpinistlər hansı şərtə əməl etməlidir?

Zirvəni fərh etmək istəyən alpinistlər hansı şərtə əməl etməlidir?

Dünya
18 mart 2026 382 baxış
Cütlüklər arasında emosional uzaqlaşmanın şokedici səbəbi məlum oldu

Cütlüklər arasında emosional uzaqlaşmanın şokedici səbəbi məlum oldu

Dünya
18 mart 2026 382 baxış
Bunkerlərin tikintisi neçə min avroya başa gəlir?

Bunkerlərin tikintisi neçə min avroya başa gəlir?

Dünya
18 mart 2026 382 baxış
Katolikos-Patriarx II İliya vəfat etdi

Katolikos-Patriarx II İliya vəfat etdi

Dünya
18 mart 2026 382 baxış
Nümunələrdə titan elementinin miqdarı normadan çox olub

Nümunələrdə titan elementinin miqdarı normadan çox olub

Dünya
18 mart 2026 382 baxış
SEPAH hərbi vəziyyət elan etdi: tabe olmayanlara qarşı xəbərdarlıqsız atəş əmri verildi?

SEPAH hərbi vəziyyət elan etdi: tabe olmayanlara qarşı xəbərdarlıqsız atəş əmri verildi?

Dünya
18 mart 2026 382 baxış
Seçilmişlər
icon