Pleyeri seçin:

Sarkomaya əlac tapıldı? | Tədqiqatda iki virusdan istifafə edildi, görün nələr üzə çıxdı

25 yanvar 2025 176 baxış

Rusiya Səhiyyə Nazirliyinin Seçenov Universitetinin tədqiqatçıları sümüklərdə və ya yumşaq toxumalarda əmələ gələn bədxassəli şiş olan Yuinq sarkoması üçün dərmanların məqsədyönlü şəkildə çatdırılmasına yeni yanaşma hazırlayıblar.

Bunun üçün onlar alternatera mozaik virusunun (VMalt) dəyişdirilmiş hissəciklərindən istifadə etməyi təklif ediblər.

Bu virus bitkiləri yoluxdurur, lakin insanlar üçün təhlükəsizdir, çünki o, məməlilərin hüceyrələrində çoxalmağa qadir deyil. Bitki virusları hələ terapiyada istifadə edilmir, lakin onların istifadə perspektivləri bütün dünyada fəal şəkildə öyrənilir.

Seçenov Universitetinin Regenerativ Tibb İnstitutunun müasir biomateriallar şöbəsinin intern-tədqiqatçısı Daria Fayzullina Gazeta.Ru-ya müsahibəsində bildirib ki, tədqiqat üçün alimlər iki növ virusdan istifadə ediblər.

Virusları 98°C-yə qədər qızdırmaqla, kiçik ölçülərinə görə şiş hüceyrələrinə daha yaxşı nüfuz edən sferik hissəciklərə çeviriblər. Komanda bu hissəcikləri Yuinq sarkomasının hüceyrələrində və sağlam fibroblastlarda sınaqdan keçirib. Nəticələr göstərib ki, virus hissəcikləri şiş hüceyrələrinə effektiv şəkildə nüfuz edir.

“Biz ilk dəfə göstərdik ki, virus hissəcikləri əlavə modifikasiya olmadan şiş hüceyrələri üçün yüksək seçicilik nümayiş etdirir. Bu, terapevtik məqsədlər üçün yeni imkanlar açır”, – Fayzullina vurğulayıb.

Hüceyrələrə hissəciklərin daxil olmasının dəqiq mexanizmi hələ də məlum deyil. Alimlər bundan sonrakı araşdırmalarda bunu araşdıracaqlar. Onlar həmçinin strukturu dəyişdirilmiş hissəciklərin osteosarkoma və qlioblastoma kimi digər şiş növlərinə təsirini öyrənməyi planlaşdırırlar.

“Konstitusiya islahatının məqsədi...” | Tokayevdən açıqlama 

“Konstitusiya islahatının məqsədi...” | Tokayevdən açıqlama 

Dünya
10 fevral 2026 176 baxış
“Baş əyməməli və ya razılaşma əldə etməyə çalışmamalıyıq” | Makron

“Baş əyməməli və ya razılaşma əldə etməyə çalışmamalıyıq” | Makron

Dünya
10 fevral 2026 176 baxış
Vaşinqton İrəvana milyardlarla dollar, Bakıya isə strateji qərarlarla gəlir - Baku TV

Vaşinqton İrəvana milyardlarla dollar, Bakıya isə strateji qərarlarla gəlir - Baku TV

Dünya
10 fevral 2026 176 baxış
ABŞ Silahlı Qüvvələri narkotacirlərə məxsus gəmiyə zərbə endirib

ABŞ Silahlı Qüvvələri narkotacirlərə məxsus gəmiyə zərbə endirib

Dünya
10 fevral 2026 176 baxış
Böyük Britaniya–Fransa deportasiya proqramı üzrə ciddi pozuntular üzə çıxıb

Böyük Britaniya–Fransa deportasiya proqramı üzrə ciddi pozuntular üzə çıxıb

Dünya
10 fevral 2026 176 baxış
Misli görünməmiş qüvvə ilə... | İran xalqının Trampdan gözlədiyi reallaşacaq? - Baku TV

Misli görünməmiş qüvvə ilə... | İran xalqının Trampdan gözlədiyi reallaşacaq? - Baku TV

Dünya
10 fevral 2026 176 baxış
Rusiya Ermənistanda atom elektrik stansiyası tikəcək? - Baku TV CANLI

Rusiya Ermənistanda atom elektrik stansiyası tikəcək? - Baku TV CANLI

Dünya
10 fevral 2026 176 baxış
Türkiyə nüvə silahına sahib olmaq istəyir?

Türkiyə nüvə silahına sahib olmaq istəyir?

Dünya
10 fevral 2026 176 baxış
Sülhün əldə olunması üçün əsas şərt nədir?

Sülhün əldə olunması üçün əsas şərt nədir?

Dünya
10 fevral 2026 176 baxış
Eri gölünün ecazkar qış mənzərəsi

Eri gölünün ecazkar qış mənzərəsi

Dünya
10 fevral 2026 176 baxış
Seçilmişlər
icon