Sarkozi nədə ittiham olunur və neçə il həbs gözləyir? | Detallar açıqlandı
Fransa məhkəməsi sabiq ölkə prezidenti Nikola Sarkozi və digərlərinin Liviyanın devrilmiş lideri Müəmmar Qəddafidən qanunsuz olaraq milyonlarla avro vəsait almaqda təqsirləndirilməsinə dair işinə baxış keçirəcək.
Xarici medianın yaydığı məlumata görə, aralarında 3 keçmiş nazirin də olduğu ümumilikdə 12 müttəhimin cinayət işi üzrə proses yanvarın 6-dan başlayacaq.
Cinayət işində adı hallanan şəxslərdən biri də Livan əsilli fransız biznesmen Ziyad Takieddindir. Onun 2006-2007-ci illərdə Nikola Sarkoziyə 5 milyon avro pul verdiyi ortaya çıxıb.
Sabiq prezidentə gəldikdə isə, o, ittihamı çirkli sövdələşmə adlandıraraq boynundan atıb. Sarkozi günahsızlığını sübut etmək üçün son ana qədər mübarizə aparacağını bildirib.
Qeyd edək ki, onun barəsində açılan cinayət işi üzrə məhkəmə prosesi aprelin 10-da yekunlaşmalıdır. Əgər ittihamlar sübuta yetirilsə, Sakozini 10 ilədək həbs cəzası gözləyir.
#Fransa teqi istifadə olunub
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
