Sərhəddəki görüş necə nəticələndi? - Türkiyə-Ermənistan tərəfləri razılaşdı ki...
Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan arasında iki ölkənin ortaq sərhədindəki Alican-Marqara sərhəd-keçid məntəqəsində görüş baş tutub.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. R.Rubenyan və Kılıç Marqara keçid məntəqəsinin yenidən qurulması işləri ilə tanış olublar.
Xüsusi Nümayəndələr həmçinin Akyaka-Axurik dəmir yolu sərhəd məntəqəsinin regional proseslərə uyğun olaraq istifadəyə verilməsi məqsədilə zəruri olan texniki ehtiyacların qiymətləndirilməsi və diplomatik-rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.
Eləcə də verilən məlumatda bildirilib ki, tərəflər normallaşma prosesini heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.
#Türkiyə teqi istifadə olunub
- Hərbi Hava Qüvvələri güclənir | Yeni sistem hansı imkanları artıracaq? - Baku TV
- Türkiyənin qabaqcıl hərbi sistemi ordumuzun arsenalına daxil edildi - Baku TV CANLI
- Bələdiyyə sədrləri Ərdoğanın partiyasına keçdi
- Rəcəb Tayyib Ərdoğandan mühüm açıqlamalar
- Zelenski Türkiyə ilə iqtisadi əməkdaşlığı gücləndirən qanunu imzaladı - Baku TV CANLI
