Pleyeri seçin:

Şəriət ölkəsi BƏƏ qumarxanaları qanuniləşdirməyə hazırlaşır

04 sentyabr 2023 328 baxış

Şəriətlə idarə olunan Birləşmiş Ərəb Əmirlikləri qumarxanaları leqallaşdırmaqla Fars körfəzi bölgəsində yeni məkanlar açmağa hazırlaşır.

Bu qərarla ölkə turizm sektorunu canlandırmaq və mühüm gəlir mənbəyi əldə etməyi hədəfləyir.

Xarici media xəbər verir ki, Birləşmiş Əmirliklər qumar sənayesini tənzimləmək üçün federal struktur yaradıb və ölkənin kazinoları leqallaşdıran ilk körfəz ölkəsi olmasına yol açıb.

Dövlət mediasının verdiyi məlumata görə, lotereya və kommersiya oyun sənayesi üçün "tənzimləyici baza" yaratmaq üçün yeni orqan yaradılır.

Keçən ay ABŞ-nin kazino və hotel operatoru “Wynn Resorts” Birləşmiş Əmirliklərdə 3,9 milyard dollarlıq oyun obyekti tikəcəyini və tezliklə lisenziya alacağını gözlədiyini söyləyib.

Yerli media bildirib ki, Amerika hotelçilik və əyləncə şirkəti “MGM Resorts International”ın keçmiş baş direktoru Cim Murren tənzimləyici şuraya rəhbərlik edəcək. Oyun sənayesində təxminən otuz illik təcrübəyə malik olan Kevin Mullalli tənzimləyici fəaliyyətləri koordinasiya edəcək və milli səviyyədə lisenziyalaşdırmaya nəzarət edəcək, yeni agentliyin baş icraçı direktoru olacaq.

Şəriət qanunları ilə idarə olunan ölkədə qumar oynamağa icazə verilməsi əhəmiyyətli dəyişiklik olacaq. Hazırda ölkədə qadağan edilən qumar oyunları cərimə və ya iki ilə qədər həbslə cəzalandırılır. Ölkə həm də turizm baxımından Fars körfəzindəki rəqibləri ilə rəqabət aparmağa çalışır.

BMT-nin müvəqqəti keçid təklifi böhranın qarşısını ala biləcək? - Baku TV CANLI

BMT-nin müvəqqəti keçid təklifi böhranın qarşısını ala biləcək? - Baku TV CANLI

Dünya
01 oktyabr 2026 328 baxış
Rusiya Macarıstanın addımına diplomatların çıxarılması ilə cavab verdi - Baku TV CANLI

Rusiya Macarıstanın addımına diplomatların çıxarılması ilə cavab verdi - Baku TV CANLI

Dünya
01 oktyabr 2026 328 baxış
Londonun Avropa ilə gələcək münasibətləri üçün yeni variantlar hazırlanır? - Baku TV

Londonun Avropa ilə gələcək münasibətləri üçün yeni variantlar hazırlanır? - Baku TV

Dünya
01 oktyabr 2026 328 baxış
Rusiya Kalininqrad üçün nüvə silahına əl atacaq? - Baku TV CANLI

Rusiya Kalininqrad üçün nüvə silahına əl atacaq? - Baku TV CANLI

Dünya
01 oktyabr 2026 328 baxış
“Bu, Türkiyəyə qarşı təhdiddir” | Ankara F-35 proqramına daxil olacaq? - Baku TV

“Bu, Türkiyəyə qarşı təhdiddir” | Ankara F-35 proqramına daxil olacaq? - Baku TV

Dünya
01 oktyabr 2026 328 baxış
Pakistanın hədəf aldığı mövqelərdə nə var idi? - Baku TV CANLI

Pakistanın hədəf aldığı mövqelərdə nə var idi? - Baku TV CANLI

Dünya
01 oktyabr 2026 328 baxış
Britaniyanın Avropa İttifaqına qayıtması ehtimalına Makron müsbət münasibət bildirib

Britaniyanın Avropa İttifaqına qayıtması ehtimalına Makron müsbət münasibət bildirib

Dünya
01 oktyabr 2026 328 baxış
Aviazərbələrin hədəfinin mülki şəxslər olmadığı bildirilib

Aviazərbələrin hədəfinin mülki şəxslər olmadığı bildirilib

Dünya
01 oktyabr 2026 328 baxış
Köçkün düşərgəsində minlərlə insan susuzluq və xəstəliklərlə üz-üzə qalıb

Köçkün düşərgəsində minlərlə insan susuzluq və xəstəliklərlə üz-üzə qalıb

Dünya
01 oktyabr 2026 328 baxış
Kainatın ilk ulduzlarına dair araşdırmada hansı məqamlar üzə çıxıb?

Kainatın ilk ulduzlarına dair araşdırmada hansı məqamlar üzə çıxıb?

Dünya
01 oktyabr 2026 328 baxış
Seçilmişlər
icon