Səs yazısı Suriyada silahlı toqquşmaya səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Suriya paytaxtı Dəməşqin cənubundakı Caramana ərazisində Suriya təhlükəsizlik qüvvələri ilə druz silahlı qrupları arasında toqquşmalar olub.
Xarici medianın məlumatına görə, druz qüvvələri hökumət qüvvələrinə ağır silahlarla atəş açıb. Döyüşlər zamanı 24 nəfər həlak olub, daha 12-si isə yaralanıb.
Qeyd edək ki, gərginliyə səbəb sosial şəbəkələrdə druzi liderinə aid olduğu bildirilən və Məhəmməd peyğəmbərin ünvanına təhqir yağdıran səs yazısının yayılması olub. Yerli druz lideri açıqlamasında səsin ona aid olmadığını bildirib.
“Mən belə ifadə işlətməmişəm. Bu audionu hər kim düzəldibsə, o, insanlar arasında münaqişə yaratmaq istəyir”, ‒ deyə druz lideri qeyd edib.
Bu açıqlama vəziyyətin daha da pisləşməsinə səbəb olub. Daha sonra regionda vəziyyətin yaxşılaşdırılması məqsədilə hakimiyyət əraziyə əlavə qüvvələr göndərib. Lakin bu addım gərginliyin artmasına təkan verib.
Hazırda gərginlik azalıb, araşdırma aparılır.
#Suriya teqi istifadə olunub
- Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər
- Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb
- Dəməşq təhlükəsizlik təminatları axtarır
- Suriya hərəkətə keçir: Yaxın Şərqdə güc balansı necə dəyişəcək? - Baku TV
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
