Pleyeri seçin:

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb

04 yanvar 2026 1136 baxış

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.

Rəsmi Seul bundan dərhal sonra təcili iclas keçirib.

Təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi məqsədilə çağırılan toplantıda Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndələri iştirak ediblər.

Cənubi Koreya səlahiyyətliləri ballistik raket buraxılışlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu bildirib və Pxenyanı bu fəaliyyəti dayandırmağa çağırıb.

Maraq üçün bildirək ki, hadisə Cənubi Koreya Prezidentinin Çinə üçgünlük dövlət səfərinin başlaması ilə eyni vaxta təsadüf edib.

Öz növbəsində Yaponiya Müdafiə Nazirliyi isə vurğulayıb ki, Şimali Koreya tərəfindən buraxılan iki ballistik raket ölkənin müstəsna iqtisadi zonasından kənarda, Yapon dənizinə düşüb.

Nazirlik əlavə edib ki, buraxılışdan sonra hər hansı dağıntı qeydə alınmayıb.

Qeyd edək ki, Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket atıb. Raketlər dənizə düşməzdən əvvəl təxminən 900 kilometr qət edib. Bu, 2026-cı ilin ilk ballistik raket buraxılışı olub.  

Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI

Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI

Dünya
24 sentyabr 2026 1136 baxış
Duman və buludlar dağlıq ərazilərdə qeyri-adi mənzərə formalaşdırıb

Duman və buludlar dağlıq ərazilərdə qeyri-adi mənzərə formalaşdırıb

Dünya
24 sentyabr 2026 1136 baxış
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəziyyətin ağırlaşdığını bildirir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəziyyətin ağırlaşdığını bildirir

Dünya
24 sentyabr 2026 1136 baxış
Yaxın Şərqdəki münaqişə beynəlxalq səyahət tələbinə təsir göstərir

Yaxın Şərqdəki münaqişə beynəlxalq səyahət tələbinə təsir göstərir

Dünya
24 sentyabr 2026 1136 baxış
İran rəsmisi Trampın Tehrana qarşı siyasətini tənqid edib

İran rəsmisi Trampın Tehrana qarşı siyasətini tənqid edib

Dünya
24 sentyabr 2026 1136 baxış
Ankara və Bağdad arasında təhlükəsizlik və əməkdaşlıq mövzuları müzakirə edilib

Ankara və Bağdad arasında təhlükəsizlik və əməkdaşlıq mövzuları müzakirə edilib

Dünya
24 sentyabr 2026 1136 baxış
Türkiyə və Ermənistan liderləri Nyu-Yorkda görüşdü - Baku TV

Türkiyə və Ermənistan liderləri Nyu-Yorkda görüşdü - Baku TV

Dünya
24 sentyabr 2026 1136 baxış
Si Cinpinin ABŞ səfəri tarixə düşdü | Tramp Çin Sədrinə görə birbaşa hava limanına getdi - Baku TV

Si Cinpinin ABŞ səfəri tarixə düşdü | Tramp Çin Sədrinə görə birbaşa hava limanına getdi - Baku TV

Dünya
24 sentyabr 2026 1136 baxış
Zelenskinin "Patriot" raketləri ilə bağlı istəyi qarşılığında Tramp nə tələb edir? - Baku TV

Zelenskinin "Patriot" raketləri ilə bağlı istəyi qarşılığında Tramp nə tələb edir? - Baku TV

Dünya
24 sentyabr 2026 1136 baxış
Trampdan nadir protokol jesti: Çin liderini hava limanında şəxsən qarşıladı - Baku TV CANLI

Trampdan nadir protokol jesti: Çin liderini hava limanında şəxsən qarşıladı - Baku TV CANLI

Dünya
24 sentyabr 2026 1136 baxış
Seçilmişlər
icon