Son 65 ildə görünməmiş əməl | Makron bu xalqa necə zülm verir?
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa hökuməti Martinik əhalisini qiymət artımına və yaşayış minimumunun aşağı olmasına etiraz etdiyi bütün mümkün variantlarla susdurmağa çalışır.
Ölkə ərazisində tətbiq edilən komendant saatı, polisin sakinlərlə kobud rəftarı, kütləvi həbslər bunun bariz nümunəsidir.
Qeyd edək ki, Avropa ilə müqayisədə Martinikdə ərzaq malları və dərman preparatlarının qiyməti 40 faiz yüksəkdir. Buna etiraz edən yerli sakinlər yollarda barikkadalar quraraq səslərinin eşidilməsini tələb etdikləri bir vaxtda polis onları gözyaşardıcı qazla susdurmağa çalışıb. Martinik adasına şəxsi mülki kimi yanaşan Fransa Prezidenti Emanuel Makron isə ölkədə son 65 ildə istifadə olunmayan təzyiq rıçaqını işə salıb. Etiraz dalğasına Qvadelupe adasının sakinlərinin və elektrik enerjisinin təchizatı istiqamətində çalışan əməkdaşların da qoşulması ilə sözügedən ərazilər 1 həftə işıqsız qalıb.
#Fransa teqi istifadə olunub
- Fransada məhbusların sayı rekord həddə çatıb
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
- "Sarı jiletlilər"in yürüşü qadağan edildi
