Suriyada tarixi dəyişikliklər olacaq? - Colaninin jurnalistlərlə görüşündə diqqətçəkən çıxış
Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa Qərb ölkələrinə müraciət edib.
Colani təxəllüsü ilə tanınan “Heyət Tahrir əş-Şam” qruplaşmasının rəhbəri Qərbə xəbərdarlıq da edib.
“Qərb və onunla müttəfiq olan ölkələrə səslənirəm. Suriya üzərindən bütün məhdudiyyətlərin götürülməsi vacibdir. Bu bizə yenidən dirçəlməyə imkan verəcək. Hazırda ölkəni tərk edən cəllada, yəni Əsədə qarşı sanksiyalar tətbiq edilib. Suriyada bütün sakinlərə xidmət edən ictimai qurumlar yaratmaq lazımdır”, – o qeyd edib.
İctimaiyyətdən gizlənməyən, mediaya açıq olan Colani jurnalistlərlə görüşdə hərbi formada deyil, boz kostyumda və mavi köynəkdə olub. Qərb bu tərz geyimi “sizdən biriyəm, dinc Suriya üçün çalışıram” kimi ifadə edib. Elə media nümayəndələrinin də gözündən yayınmayan geyim tərzinə lider gözlənilən şəkildə cavab verib.
“Döyüş olduğu üçün biz hərbi geyimdə idik. Mülki görüşlərimiz olanda isə mülki geyim geyinirik. Biz sizlərdən biriyik. Sizin, bizim və bütün Suriyanın gələcəyi üçün döyüşürdük”, – deyə o bildirib.
İslamçı üsyançıların lideri Əhməd əl-Şaraa jurnalistlər üçün təşkil etdiyi bu ilk brifinqində özünü Suriyanı birləşdirə bilən və qonşuları ilə münasibətlərini məsuliyyətlə idarə etməyi bacaran dövlət xadimi kimi göstərdi. Yaxşı başlanğıcdır. Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun “Quran” olsa.
Çıxışı zamanı dini tolerantlıq mövzusuna da toxunan Colani bildirib ki, din insanların ruhunun qidası olmalıdır, məcburiyyət və sabiq prezidentin cibini doldurmaq üçün istifadə etdiyi alət deyil.
#Suriya teqi istifadə olunub
- Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI
- Samir Osman Şeyx məhbuslara işgəncə verməkdə günahkar bilinib
- Qiymət artımı Suriyada genişmiqyaslı etirazlara səbəb oldu - Baku TV CANLI
- “Bizim buna ehtiyacımız var” | Hakan Fidandan çağırış
- Dəməşq ətrafına endirilən zərbələr qarşıdurmanın miqyasını daha da genişləndirir - Baku TV CANLI
