Pleyeri seçin:

Suriyalı şəxs hər şeyi etiraf etdi | 61 illik rejimin həqiqətləri ifşa olundu

25 dekabr 2024 142 baxış

Suriyaya 61 il rəhbərlik edən Əsəd rejiminin devrilməsindən sonra xalqın gizli ünsiyyət qurmaq üçün şifrəli nitqdən istifadə etdiyi ortaya çıxıb. Bu barədə “Vaşinqton Post”un məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Bəəs Partiyasının 61 illik rəhbərliyi dövründə Suriya xalqı öz aralarında belə rahat şəkildə danışmaqdan çəkinib. Hökumət xalq arasında sadə vətəndaşlara casusluq təklif edib, pul qarşılığında ölkənin idarəçiliyindən narazı olanların adlarını alaraq onlara təzyiq göstərib. Suriya əhalisi öz evlərində oturarkən da narahatlıq keçirib. İnsanlar taksiyə minərkən, küçədə gəzərkən belə dinlənildiklərini düşünüb və qorxublar. Çox sayda vətəndaş pula görə casusluğu qəbul etdiyi üçün insanlar öz ailələrinə belə güvənməməyə başlayıblar.

Qəzetin məlumatına görə, bu vəziyyət səbəbindən Suriya xalqı öz fikirlərini ifadə edə bilmək üçün illər ərzində xüsusi şifrəli danışıq hazırlayıb. Əsəd dəstəkçilərindən qorxduğu üçün nəşrə müsahibəsində sadəcə adını açıqlayan 49 yaşlı Meysun adında Suriya vətəndaşı hər kəsin hökumətdən çəkindiyini bildirib. Onun sözlərinə görə, insanlar öz aralarında danışarkən hökumətin adını çəkirdilərsə, barmaqları ilə sadəcə yuxarını işarə edərdilər. Əgər xalq kiminsə Əsədə casusluq etdiyini düşünürdüsə, onun haqqında “Bu şəxsin əl yazısı gözəlmiş” cümləsini deyərək bir-birini xəbərdar edib.

Dəməşqdə böyüyən və Dubayda yaşayan 60 yaşlı Thabet Birro internetdə Əsəd rejimi ilə bağlı paylaşımlarında qorxudan öz adını belə düzgün yaza bilmədiyini deyib:

“Artıq rahatlıqla öz adımdan istifadə edirəm. Bu, çox qəribədir. Suriyada yaşadığımız illərdə “dollar”ın adını çəkmək belə qadağan idi. Ona “yaşıl” deyirdik. Hüquq-mühafizə orqanlarından kimsə vəziyyəti anlayanda isə “göyərti” və “nanə” deyib mövzunu dəyişirdik”.

Qeyd edək ki, Bəəs Partiyasının hakimiyyəti dövründə Suriyada bir çox qarışıqlıqlar yaşanıb və çox saytda yerli sakin günahsız yerə həlak olub.

Avropa ölkələrinin əksəriyyəti bu əməliyyatları dəstəkləyir

Avropa ölkələrinin əksəriyyəti bu əməliyyatları dəstəkləyir

Dünya
13 mart 2026 142 baxış
Allergiyanın simptomları və testləri | “İlboyu da davam edə bilər”

Allergiyanın simptomları və testləri | “İlboyu da davam edə bilər”

Dünya
13 mart 2026 142 baxış
İsrail Müdafiə Ordusundan təcili məlumat | Kimlər aradan götürüldü? - Baku TV

İsrail Müdafiə Ordusundan təcili məlumat | Kimlər aradan götürüldü? - Baku TV

Dünya
13 mart 2026 142 baxış
NATO-dan təcili addım | Avropadakı HHM sistemləri Yaxın Şərqə göndərildi? - Baku TV

NATO-dan təcili addım | Avropadakı HHM sistemləri Yaxın Şərqə göndərildi? - Baku TV

Dünya
13 mart 2026 142 baxış
Netanyahu İranın yeni ali liderini hədələyib | "Ona həyat sığortası verməzdim" - Baku TV

Netanyahu İranın yeni ali liderini hədələyib | "Ona həyat sığortası verməzdim" - Baku TV

Dünya
13 mart 2026 142 baxış
İrandan sonra ABŞ-nin növbəti hədəfi haradır? | Böyük geosiyasi dönüş? - Baku TV

İrandan sonra ABŞ-nin növbəti hədəfi haradır? | Böyük geosiyasi dönüş? - Baku TV

Dünya
13 mart 2026 142 baxış
Çinin və Şimali Koreyanın İran siyasəti | Regionun taleyi necə olacaq? - 24 SAAT

Çinin və Şimali Koreyanın İran siyasəti | Regionun taleyi necə olacaq? - 24 SAAT

Dünya
13 mart 2026 142 baxış
Xamenei ilk dəfə xalqa müraciət etdi | Münaqişə nə zaman bitəcək? - Baku TV

Xamenei ilk dəfə xalqa müraciət etdi | Münaqişə nə zaman bitəcək? - Baku TV

Dünya
12 mart 2026 142 baxış
İrana qarşı əməliyyat bu tarixdə bitəcək | Rəhim Səfəvidən açıqlama - Baku TV CANLI

İrana qarşı əməliyyat bu tarixdə bitəcək | Rəhim Səfəvidən açıqlama - Baku TV CANLI

Dünya
12 mart 2026 142 baxış
İran–“Kürdüstan” müharibəsi başlayır?

İran–“Kürdüstan” müharibəsi başlayır?

Dünya
12 mart 2026 142 baxış
Seçilmişlər
icon