Yaxın Şərqdəki gərginlik müzakirə olundu | Prezidentlərdən zəng - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Finlandiya Prezidenti Aleksandr Stubb azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib.
O, İranın Naxçıvana hücumu ilə əlaqədər ölkəmizə dəstəyini ifadə edib.
Prezident İlham Əliyev telefon zənginə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Prezident İlham Əliyevlə Aleksandr Stubbun görüşləri və həmin görüşlər zamanı ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı aparılan müzakirələr məmnunluqla xatırlanıb.
Tərəflər əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa da Azərbaycan Prezidentinə zəng edib.
Yaxın Şərq regionunda yaranmış gərginlikdən narahatlıq ifadə olunub, region dövlətlərinin təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərə biləcək addımların qarşısının alınmasının zəruriliyi vurğulanıb.
Telefon danışığı əsnasında eyni zamanda Azərbaycan-Suriya ikitərəfli əlaqələrinə toxunulub, münasibətlərin möhkəmləndirilməsində, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
