Pleyeri seçin:

Tailand və Kamboca razılığa gəldi

19 oktyabr 2025 421 baxış

Tailand və Kamboca ağır silahların çıxarılması, sərhədyanı ərazilərin minalardan təmizlənməsi və transmilli cinayətkarlıqla mübarizədə irəliləyiş əldə edib.

Tailandın Xarici İşlər Nazirliyi oktyabrın Kuala-Lumpurda keçirilən dördtərəfli məsləhətləşmələrin yekunları üzrə nazir Sixasak Phuangketkeyin bəyanatından çıxarışlar dərc edib.

"ABŞ, Malayziya, Tailand və Kamboca arasında dördtərəfli məsləhətləşmələr 2025-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən ilk görüşün davamı idi. Müzakirələr Tailand və Kamboca arasında müxtəlif məsələləri əks etdirən birgə bəyannamənin hazırlanmasına yönəldilib. Tailand üçün prioritet olan dörd sahədə irəliləyiş əldə edilib: sərhəd bölgələrindən ağır silahların çıxarılması, ərazilərin minalardan təmizlənməsi, transmilli cinayətlərlə mübarizə və prioritet sərhəd bölgəlsinin idarə edilməsi", – deyə bəyanatda bildirilir.

Nazir qeyd edib ki, hər iki tərəfin Baş Sərhəd Komitəsinin Katibliyi 20-21 oktyabr 2025-ci il tarixlərində görüş keçirəcək və müzakirə olunan məsələlərin həyata keçirilməsini təmin etmək üçün fəaliyyət planını ətraflı müzakirə edəcək:

"Sənəd həm dövlətdaxili prosedurlardan keçməli, həm də hər iki ölkənin müdafiə nazirləri tərəfindən təsdiqlənməlidir. Danışıqların yekununda birgə razılıq əldə oluna bilərsə, Kuala-Lumpurda qarşıdan gələn 47-ci ASEAN Sammitində Malayziya və ABŞ-nin iştirakı ilə birgə bəyannamə imzalana bilər".

Kambocanın 18 hərbi əsirinin azad edilməsinə münasibət bildirən XİN rəhbəri vurğulayıb ki, Tailand onların azad edilməsinə baxmazdan əvvəl müəyyən bəndlərin həyata keçirilməsində konkret irəliləyiş görməlidir.

Çində baş verən güclü yanğın çoxsaylı insanın həyatına son qoydu - Baku TV CANLI

Çində baş verən güclü yanğın çoxsaylı insanın həyatına son qoydu - Baku TV CANLI

Dünya
10 sentyabr 2026 421 baxış
Rusiya və Ukrayna yeni hərbi hədəflərin vurulduğunu bəyan etdi - ANA XƏBƏR

Rusiya və Ukrayna yeni hərbi hədəflərin vurulduğunu bəyan etdi - ANA XƏBƏR

Dünya
10 sentyabr 2026 421 baxış
Rusiyada miqrantlar üçün vəziyyət daha da sərtləşir | Putin mövqeyini açıqladı - Baku TV CANLI

Rusiyada miqrantlar üçün vəziyyət daha da sərtləşir | Putin mövqeyini açıqladı - Baku TV CANLI

Dünya
10 sentyabr 2026 421 baxış
Ermənistan TRIPP payını bölür: Qazaxıstan və Qırğızıstana 10 faiz? - AKTUAL GÜNDƏM

Ermənistan TRIPP payını bölür: Qazaxıstan və Qırğızıstana 10 faiz? - AKTUAL GÜNDƏM

Dünya
10 sentyabr 2026 421 baxış
İturidə Ebola və ərzaq böhranı minlərlə insanı risk altında qoyur

İturidə Ebola və ərzaq böhranı minlərlə insanı risk altında qoyur

Dünya
10 sentyabr 2026 421 baxış
Pentaqon kütləvi istehsala uyğun silahlara üstünlük verməyə başlayır

Pentaqon kütləvi istehsala uyğun silahlara üstünlük verməyə başlayır

Dünya
10 sentyabr 2026 421 baxış
Telefonla yemək yemək orqanizmin toxluq siqnallarını poza bilər

Telefonla yemək yemək orqanizmin toxluq siqnallarını poza bilər

Dünya
10 sentyabr 2026 421 baxış
İdxalın sürətlənməsi Fransanın xarici ticarət balansını zəiflədib

İdxalın sürətlənməsi Fransanın xarici ticarət balansını zəiflədib

Dünya
10 sentyabr 2026 421 baxış
Hörmüzdə ələ keçirilən ABŞ dronu ilə bağlı yeni detallar açıqlanıb

Hörmüzdə ələ keçirilən ABŞ dronu ilə bağlı yeni detallar açıqlanıb

Dünya
10 sentyabr 2026 421 baxış
Ər-Riyadın mümkün cavabı regionda qarşıdurmanı daha da dərinləşdirə bilər

Ər-Riyadın mümkün cavabı regionda qarşıdurmanı daha da dərinləşdirə bilər

Dünya
10 sentyabr 2026 421 baxış
Seçilmişlər
icon