Tankerlər niyə körfəzə daxil ola bilmədi?
“Hörmüz boğazını keçmək istəyən iki boş supertanker geri dönüb”.
Bu barədə “Bloomberg“ dəniz nəqliyyatının monitorinq sistemlərinin məlumatlarına istinadən xəbər yayıb.
Qeyd edilib ki, iki boş supertanker Hörmüz boğazından keçərək Körfəz istiqamətində hərəkət etməyə cəhd göstərsə də, ABŞ və İran arasında danışıqların nəticəsiz başa çatması fonunda son anda geri dönüb.
Nəşrin yazdığına görə, onlardan biri yunan şirkətinə məxsus olub və İraqa doğru istiqamətlənib, digəri isə Pakistan bayrağı altında Birləşmiş Ərəb Əmirliklərinə gedirmiş.
Bu arada, İran hava hücumuna məruz qalan Lavan adasındakı neft emalı zavodunu bərpa edir. İran neft nazirinin müavini Məhəmməd Sadiq Əzimifər 10 gün sonra zavodun qismən fəaliyyətə başlayacağını açıqlayıb.
O qeyd edib ki, hazırda ərazidə dağıntıların aradan qaldırılması və zədələnən avadanlıqların dəyişdirilməsi istiqamətində işlər aparılır.
“Təxminən 10 gün ərzində zavodun bir hissəsini işə salacağıq, qalan hissələr isə mərhələli şəkildə istismara veriləcək”, – deyə nazir müavini əlavə edib.
#Hörmüz boğazı teqi istifadə olunub
- Hörmüz boğazı ilə bağlı yeni qərar | Qarşı tərəfin donanmalarına qadağa qoyuldu - Baku TV
- Hörmüz boğazında kritik anlar | Bakı Bulvarında çiçəkləri kim yararsız hala salıb? - YENİ BİR SƏHƏR
- Gəmilərin Hörmüz boğazına yaxınlaşması atəşkəsin pozulması kimi qəbul ediləcək - Baku TV
- İslamabaddakı danışıqlar dünyanın taleyini həll edəcək - Baku TV
- ABŞ gəmiləri Hörmüzdən keçdi: Vaşinqton və Tehran arasında tarixi razılaşma olacaq? - AKTUAL GÜNDƏM
