Tehran Vaşinqtonun blokadanı yara biləcəyinə şübhə edir
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən həftə ərzində ABŞ Silahlı Qüvvələrinin nəzarəti altında Hörmüz boğazından 108 milyon barel neft nəql edilib.
Bu barədə "Al Hadath" telekanalı ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu, ABŞ-nin İrana qarşı hərbi əməliyyata başlamasından bəri ən yüksək həftəlik göstəricidir.
"Ötən həftə ABŞ qüvvələrinin nəzarəti altında Hörmüz boğazından rekord həcmdə neft daşınıb", – deyə mənbə bildirib.
Onun sözlərinə görə, Vaşinqton həmçinin quru marşrutları ilə müasir komponentlərin İrana tədarükünə yol verməmək üçün tədbirlər görür.
O, Tehranın ABŞ tərəfindən tətbiq edilən blokadanı yara biləcəyinə şübhə etdiyini deyib və bildirib ki, Amerika tərəfi İranın öz hərbi potensialını bərpa etməsinə mane olmağa çalışır.
#Hörmüz boğazı teqi istifadə olunub
- Britaniyalı üzgüçü atəş altındakı Hörmüzdə 15 km üzüb - Baku TV CANLI
- Tehran xəbərdarlıq etdi: İqtisadi blokadanı yarmaq üçün nə edəcək? - Baku TV
- Yaxın Şərqdə qarşıdurma yeni və təhlükəli mərhələyə qədəm qoyur - Baku TV CANLI
- SEPAH qaydaları pozan gəmilərə sərt xəbərdarlıq edib
- İran tankerlərə xəbərdarlıq etdi: Növbəti hədəf kim olacaq? - ƏSAS XƏBƏR
