Tək ölmək istəməyən kişi görün nəyə əl atdı | Ağlasığmaz detallar
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də 93 yaşlı kişi öləndən sonra həyat yoldaşı tək qalmasın deyə qadını öldürməyə cəhd edib.
Bu barədə xarici mediada məlumat yayılıb. İnsidentin Florida ştatında baş verdiyi bildirilib.
Polis qadının çağırışından sonra hadisə yerinə gəlib. Qadının şikayətindən sonra məlum olub ki, uzun müddət şiddətli ağrılardan əziyyət çəkən kişi həyat yoldaşı televizora baxarkən ona hücum edib, sonra isə onu boğmağa başlayıb. İki həftə əvvəl isə əri onu yastıqla boğmağa çalışıb.
İlkin axtarış nəticəsində evdə kəndir də tapılıb. Saxlanılan şəxs kəndirdən həyat yoldaşını boğmaq üçün istifadə etmək fikrində olduğunu etiraf edib. O, həyat yoldaşını ölümdən sonra tək qoymamaq üçün bu addımı atdığını söyləyib.
Hazırda 93 yaşlı kişi adam öldürməyə cəhddə ittiham olunur və istintaq təcridxanasına yerləşdirilib.
#ABŞ teqi istifadə olunub
- Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI
- ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM
- Zəngəzur dəhlizi risk altındadır
- “Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV
- İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV
