Pleyeri seçin:

Təkbaşına hakimiyyəti dəyişdirə bilməz | Aqvan Vardanyandan qalmaqallı açıqlama

07 may 2025 518 baxış

“Ermənistan Baş naziri Nikol Paşinyanın impiçment edilməsi ölkədə ikili hakimiyyət olanda mümkündür, bu gün belə bir vəziyyət yoxdur”.

Bunu Ermənistan parlamentindəki “Ermənistan” fraksiyasının deputatı Aqvan Vardanyan deyib.

Onun sözlərinə görə, ölkədə hakimiyyətə güclü ictimai təzyiq olduqda impiçment mümkün ola bilər.

Vardanyan “VETO” hərəkatının rəhbəri Narek Malyan və sabiq səfir Edqar Qazaryan tərəfindən uyğun olmayan bir zəmində irəli sürülmüş təşəbbüsü “macəra və təxribat” adlandırıb:

“İndi belə bir təkliflə deputatlara müraciət etməklə “Ermənistan” fraksiyasını şantaj etməyə cəhd edilir. Bildirirlər ki, ya Robert Köçəryanın namizədliyini irəli sürməklə onu impiçment edin, ya da R.Köçəryanın sizin namizədiniz olmadığını qəbul edin”.

Vardanyan sabiq prezident Serj Sarkisyanın hakimiyyət dəyişikliyi ilə bağlı açıqlamasına və onun “Şərəfim var” fraksiyasının fəallığına da diqqət çəkib:

“Onların hakimiyyət dəyişikliyi planı var. Amma “Ermənistan” fraksiyası da həmişə bəyan edib ki, heç bir müxalifət qüvvəsi təkbaşına hakimiyyəti dəyişdirə bilməz. Ona görə də bu proqramın parlamentdə təqdim edilib-edilməyəcəyinə baxacağıq. Əminəm ki, indi bu plan impiçmentə başlamaqla bağlı deyil”.

Qeyd edək ki, Nikol Paşinyanın impiçmenti təşəbbüsünə Sarkisyan və Köçəryanın bloklarının yanaşmaları fərqlidir. “Ermənistan” indi bunun üçün zəminin olmadığını bəyan edərək təşəbbüsə qoşulmaqdan imtina etsə də, “Şərəfim var” bir az fərqli yanaşır.

Məsələ iki keçmiş müttəfiq arasında fikir ayrılığına və gərginliyə səbəb olub. Təşəbbüsü irəli sürən Malyan və Qazaryan Serj Sarkisyana yaxınlığı ilə tanınır. Onların Köçəryana qarşı sərt bəyanat və ittihamları “Ermənistan” blokunda narazılıq yaradıb.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 518 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 518 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 518 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 518 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 518 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 518 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 518 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 518 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 518 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 518 baxış
Seçilmişlər
icon