Pleyeri seçin:

Tramp 3 lideri hədəfə aldı | Müharibə başlamaya bilərdi, amma...

15 aprel 2025 401 baxış

ABŞ Prezidenti Donald Tramp Ukraynada hərbi əməliyyatların başlamasında Rusiya Prezidenti Vladimir Putin, Ağ Evin keçmiş rəhbəri Co Bayden və Ukrayna lideri Volodimir Zelenskinin günahkar olduqlarını bildirib.

Bu barədə xarici mediada məlumat yayılıb.

D.Tramp bildirib ki, səhv olan müharibənin başlamasına icazə vermək idi. Siyasətçi bir daha vurğulayıb ki, onun prezidentliyi dövründə münaqişə başlamazdı. D.Tramp hesab edir ki, C.Baydenin neftin qiymətini aşağı salmaqla eskalasiyanın qarşısını almaq imkanı olub.

"C.Bayden bunu dayandıra bilərdi, V.Zelenski də dayandıra bilərdi, V.Putin isə bunu başlatmamalı idi. Hər kəs günahkardır", ‒ deyə o yekunlaşdırıb.

Eyni zamanda ABŞ lideri Vaşinqtonun vəziyyətin nizamlanması üzrə danışıqlarda müəyyən uğurlar əldə etdiyini qeyd edib və tezliklə yaxşı təkliflər alacaqlarına ümid etdiyini bildirib. D.Tramp V.Zelenskinin Ukraynanın avropalı tərəfdaşların maliyyə dəstəyi ilə ABŞ-dən 15 milyard dollara 10 "Patriot" Hava Hücumundan Müdafiə sistemi almağa hazır olması ilə bağlı son bəyanatını da şərh edib.

"Baxın, müharibəyə başlayanda bilməlisən ki, qalib gələ bilərsən, elə deyilmi? Sən özündən 20 dəfə böyük birinə qarşı müharibəyə başlayırsan və insanların sənə raketlər verəcəyinə ümid edirsən", ‒ deyə siyasətçi bildirib.

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 401 baxış
Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Dünya
21 dekabr 2025 401 baxış
İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

Dünya
21 dekabr 2025 401 baxış
Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Dünya
21 dekabr 2025 401 baxış
Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Dünya
21 dekabr 2025 401 baxış
Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Dünya
21 dekabr 2025 401 baxış
Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Dünya
21 dekabr 2025 401 baxış
Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Dünya
21 dekabr 2025 401 baxış
Tərəflər arasında şiddətli döyüşlər davam edir

Tərəflər arasında şiddətli döyüşlər davam edir

Dünya
21 dekabr 2025 401 baxış
Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 401 baxış
Seçilmişlər
icon