Tramp daha iki ölkəyə xəbərdarlıq etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro tutulduqdan sonra kolumbiyalı həmkarı Qustavo Petroya xəbərdarlıq edib.
D.Trampın sözlərinə görə, kokain Kolumbiyada istehsal olunur və daha sonra ABŞ-yə göndərilir.
“Ona görə də Qustavo Petro həqiqətən daha diqqətli olmalıdır”, – deyə o xəbərdarlıq edib.
ABŞ lideri həmçinin Kuba xalqına kömək etmək istədiyini də bildirib:
“Kuba hələ də uğursuz bir ölkədir. Biz Kubada yaşayan insanlara kömək etmək istəyirik”.
Onun sözlərinə görə, Kuba məsələsi Venesueladakı vəziyyətlə çox oxşardır. Amma ABŞ Kuba hakimiyyətinə qarşı hərbi əməliyyatlar keçirmək niyyətində deyil.
Bu barədə “New York Post” qəzetinə müsahibəsində Donald Tramp deyib.
“Xeyr, çünki Kuba hakimiyyəti özü çökəcək. Kubanın işləri pis gedir”, – deyə o, Kuba ərazisində güc tətbiq etmək niyyətində olub-olmadığı ilə bağlı suala cavabında söyləyib.
D.Tramp əlavə edib ki, Havana iqtisadi dəstək və enerji resurslarının tədarükündə Karakasdan güclü şəkildə asılı idi.
#ABŞ teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI
- Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri arasındakı görüşlə bağlı detallar - Baku TV
- Azərbaycan, ABŞ və Ermənistan arasında növbəti mühüm mərhələ - Baku TV CANLI
