Tramp İranla niyə atəşkəs istəmir?
ABŞ lideri Donald Tramp İranla atəşkəs razılaşması istəmədiyini açıqlayıb.
O bu barədə Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Tramp bu fikrini ABŞ-nin İranı artıq yerlə-yeksan etdiyi üçün buna ehtiyac duymaması ilə əsaslandırıb.
Tramp onu da bildirib ki, İran müharibəni hərbi baxımdan uduzub və hazırda yalnız Hörmüz boğazını tıxamaqla məşğuldur.
ABŞ Prezidenti qeyd edib ki, boğazın açılması sadə bir hərbi manevr olardı. Amma bunun üçün çoxsaylı gəmilərdən istifadə lazım olacağına görə digər ölkələrin də yardımı tələb olunacaq.
Bu arada, Böyük Britaniya ABŞ-yə İrandakı hədəflərə zərbələr endirmək üçün öz hava bazalarından istifadə etməyə icazə verib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə "X"dəki hesabında yazıb ki, britaniyalıların böyük əksəriyyəti İsrail və ABŞ-nin İrana qarşı müharibəsində iştirak etmək istəmir.
"Buna məhəl qoymayan cənab Starmer Britaniya bazalarının İrana qarşı təcavüz üçün istifadəsinə icazə verməklə vətəndaşlarının həyatını təhlükəyə atır", – deyə Əraqçi bildirib.
O vurğulayıb ki, İran özünümüdafiə hüququndan istifadə edəcək.
#Donald Tramp teqi istifadə olunub
- Trampdan sərt çıxış | "Nüvə silahından istifadə edəcəklər" - Baku TV
- Bəzi NATO ölkələri neftin yüksək qiymətindən şikayətlənir
- SEPAH: Hayfadakı neft emalı zavodları vuruldu
- ABŞ-nin sensasiyalı quru əməliyyatı planı | Hörmüz boğazı ələ keçiriləcək? - Baku TV
- Qətərə yenidən hücum olarsa... | ABŞ-nin planı nədir? - Baku TV CANLI
