Pleyeri seçin:

Tramp Meksika və Kanada ilə bağlı hərəkətə keçdi | Trüdodan gözlənilməz etiraf

07 mart 2025 337 baxış

ABŞ Prezidenti Donald Trampın Meksika və Kanadadan ABŞ-yə yüksək səviyyədə narkotik girişinin olması səbəbi ilə tətbiq etməyi planlaşdırdığı gömrük rüsumlarının martın 4-dən qüvvəyə mindiyi açıqlanıb.

D.Tramp bu ölkələrdən idxal edilən məhsullara 25 faizlik gömrük rüsumunun tətbiqi qərarını qüvvəyə mindikdən qısa müddət sonra dayandırıb.

D.Tramp ABŞ-Meksika-Kanada Müqaviləsinə (USMCA) uyğun gələn malları aprelin 2-dək Meksika və Kanada üçün gömrük tariflərindən azad edəcək qaydalar imzalayıb. Bununla belə, ticarət müharibəsi astanasında olan Kanada və Meksikada gərginlik davam edir.

Britaniyanın "Daily Mail" nəşri xəbər verir ki, D.Trampın vergi savaşından əziyyət çəkən Kanada Baş naziri Castin Trüdo keçirdiyi mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.

C.Trüdo yolun sonunu açıq şəkildə gördüyünü və emosional olduğunu ifadə edib:

"Bu ofisdə olduğum hər gün kanadalıları birinci yerə qoydum. Bu səbəbdən hökumətin son günlərində belə sizinlə olduğumuzu, bu gün və gələcəkdə kanadalıları heç vaxt məyus etməyəcəyimizi söyləmək üçün buradayam".

"Mail Online" isə yazıb ki, Donald Tramp Castin Trüdonu göz yaşlarına boğub. Kanadanın Baş naziri ABŞ ilə alçaldıcı tarif müharibəsindən sonra mətbuat konfransında ağlayıb.

Qeyd edək ki, D.Tramp aylardır Kanadanın Baş naziri C.Trüdonu açıq şəkildə ələ salır, nəinki Kanadanı 51-ci ştat hesab edir, həm də Baş naziri “Qubernator Trüdo” adlandırır.

Kanada lideri son həftələrdə partiyasında artan narazılıq səbəbindən istefa verdiyini açıqlayıb, lakin D.Tramp bu məsələyə şübhə ilə yanaşır:

"İnanın, ya da inanmayın, Kanadada gördüyü dəhşətli işə baxmayaraq, məncə, Castin Trüdo baş nazirliyə yenidən namizəd olmaq üçün tarif məsələsindən istifadə edir. Bunu izləmək əyləncəlidir!".

“İstəklilər koalisiyası”nın növbəti görüşünün tarixi açıqlandı

“İstəklilər koalisiyası”nın növbəti görüşünün tarixi açıqlandı

Dünya
20 iyun 2026 337 baxış
6 yaşlı oğlanın bu tapıntısı hamını təəccübləndirdi

6 yaşlı oğlanın bu tapıntısı hamını təəccübləndirdi

Dünya
20 iyun 2026 337 baxış
Konqoda virusun qurbanları artır | Hökumət həyəcan təbili çalır

Konqoda virusun qurbanları artır | Hökumət həyəcan təbili çalır

Dünya
20 iyun 2026 337 baxış
Türkiyə Prezidentindən önəmli görüş | Nələr müzakirə edildi?

Türkiyə Prezidentindən önəmli görüş | Nələr müzakirə edildi?

Dünya
20 iyun 2026 337 baxış
Ukraynanın gələcək aqibəti | Qərbin Kiyevə baxışı dəyişir?

Ukraynanın gələcək aqibəti | Qərbin Kiyevə baxışı dəyişir?

Dünya
20 iyun 2026 337 baxış
Zelenskinin Trampdan gözləntiləri nələrdir?

Zelenskinin Trampdan gözləntiləri nələrdir?

Dünya
20 iyun 2026 337 baxış
Almaniya Kanslerindən Ukrayna ilə bağlı açıqlama | Kiyevin aqibəti necə olacaq? - Baku TV CANLI

Almaniya Kanslerindən Ukrayna ilə bağlı açıqlama | Kiyevin aqibəti necə olacaq? - Baku TV CANLI

Dünya
20 iyun 2026 337 baxış
İsrail sülhü poza bilər? | Netanyahu siyasi təzyiq altındadır? - Baku TV

İsrail sülhü poza bilər? | Netanyahu siyasi təzyiq altındadır? - Baku TV

Dünya
20 iyun 2026 337 baxış
Rusiya paytaxtında gərginlik: PUA hücumundan sonra strateji zavod bağlandı - 24 SAAT

Rusiya paytaxtında gərginlik: PUA hücumundan sonra strateji zavod bağlandı - 24 SAAT

Dünya
20 iyun 2026 337 baxış
Ukraynaya edilən hücumlar Belarusdan koordinasiya olunur? - Baku TV

Ukraynaya edilən hücumlar Belarusdan koordinasiya olunur? - Baku TV

Dünya
20 iyun 2026 337 baxış
Seçilmişlər
icon