Pleyeri seçin:

Tramp Ukrayna ilə bağlı danışıqların detallarını açıqladı - Baku TV

16 dekabr 2025 121 baxış

“Avropa liderləri ilə əsasən Rusiya və Ukrayna arasında hələ də davam edən müharibəyə aid müsbət danışıqlarımız baş tutdu. Bundan əvvəl komandalarımız müvafiq görüşlər keçiriblər. Amerikalı nümayəndələrin müharibənin bütün təfərrüatlarını eşitməsi çox vacib idi. Əgər bu görüşlər daha əvvəl baş tutsaydı, Rusiya-Ukrayna müharibəsində daha böyük irəliləyiş olardı”.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Birlikdə çox yaxşı işlədiyimiz üçün minnətdaram. Mənim fikrimcə, işimizə kömək olmayan bəzi məsələlər var. Bunları yeni sənədlərə daxil etmək lazım deyil. ABŞ-nin ərazi məsələsində Rusiya ilə mövqeləri fərqlidir. Bu etiraf edilməli və açıq şəkildə müzakirə olunmalıdır. İnanıram ki, vasitəçi kimi çıxış edən Amerika tərəfi kompromis tapmağa çalışmaq üçün müxtəlif addımlar təklif edəcək”, – D.Tramp deyib.

O qeyd edib ki, təhlükəsizlik zəmanətləri, ərazi məsələsi və Ukraynanın yenidən qurulması üçün kompensasiya ilə bağlı suallara cavab tapmaq üçün əllərindən gələni edəcəklər. ABŞ Prezidenti təhlükəsizlik zəmanətləri mövzusuna toxunaraq vurğulayıb ki, döyüş meydanında nə baş verəcəksə, həm hərbçilər, həm də mülki əhali baş verənləri aydın şəkildə bilməlidir.

Bu, çox vacibdir. D.Tramp bildirib ki, Ukrayna münaqişəsində nizamlanma sülhə heç vaxt olmadığı qədər yaxındır:

“Bu yolda məqsədlərimizə yaxınlaşırıq. Eyni zamanda avropalı liderlərdən dəstək görürük, onlar da müharibəyə son qoymaq istəyirlər. Maraqlısı isə odur ki, hazırda Rusiya da bunu istəyir. Ona görə də hər iki tərəfi tez bir zamanda bir araya gətirib ortaq məxrəcə gəlmək lazımdır. Düşünürəm ki, biz düzgün yolda irəliləyirik”.

Təhlükəsizlik zəmanətləri ilə bağlı D.Tramp onu da vurğulayıb ki, ABŞ Avropa ilə bu məsələ üzərində işləyir. Avropa bu məsələdə əsas rol oynayacaq və müharibənin qarşısını almaq üçün təhlükəsizlik zəmanətləri üzərində işlənilir. 

Portuqaliya İrandakı səfirliyini bağladı

Portuqaliya İrandakı səfirliyini bağladı

Dünya
15 yanvar 2026 121 baxış
İranda rejimin süqutu qaçılmaz oldu? - Trampın mövqeyi ortaya çıxdı - Baku TV

İranda rejimin süqutu qaçılmaz oldu? - Trampın mövqeyi ortaya çıxdı - Baku TV

Dünya
15 yanvar 2026 121 baxış
Rusiya Ukraynanın “Çernomorsk” limanını vurdu

Rusiya Ukraynanın “Çernomorsk” limanını vurdu

Dünya
15 yanvar 2026 121 baxış
ABŞ-də baş verənlər böyük rezonans doğurub

ABŞ-də baş verənlər böyük rezonans doğurub

Dünya
15 yanvar 2026 121 baxış
"Türkiyə hazırda İranla diplomatik danışıqlar aparır" | Ekspertdən açıqlama

"Türkiyə hazırda İranla diplomatik danışıqlar aparır" | Ekspertdən açıqlama

Dünya
15 yanvar 2026 121 baxış
Quterreşin xələfi olmaq üçün namizədlər irəli sürülür

Quterreşin xələfi olmaq üçün namizədlər irəli sürülür

Dünya
15 yanvar 2026 121 baxış
Baş katib postu uğrunda gərgin mübarizə | BMT-ni kim idarə edəcək? - Baku TV CANLI

Baş katib postu uğrunda gərgin mübarizə | BMT-ni kim idarə edəcək? - Baku TV CANLI

Dünya
15 yanvar 2026 121 baxış
Özbəkistanda sərxoş vəziyyətdə Trampı şikayət edən şəxs cərimələndi

Özbəkistanda sərxoş vəziyyətdə Trampı şikayət edən şəxs cərimələndi

Dünya
15 yanvar 2026 121 baxış
“İsrail ABŞ-ni İslam Respublikası ilə münaqişəyə cəlb etməyə çalışıb” | Əraqçi

“İsrail ABŞ-ni İslam Respublikası ilə münaqişəyə cəlb etməyə çalışıb” | Əraqçi

Dünya
15 yanvar 2026 121 baxış
Azərbaycanəsilli müğənni Ququş Trampdan nə istədi?

Azərbaycanəsilli müğənni Ququş Trampdan nə istədi?

Dünya
15 yanvar 2026 121 baxış
Seçilmişlər
icon