Pleyeri seçin:

Tramp və Baş nazir arasında diqqətçəkən dialoq | “Heç vaxt “heç vaxt” demə!”

07 may 2025 657 baxış

Donald Tramp Kanadanın Baş naziri Mark Karniyə ölkəsini ABŞ-yə birləşdirməyi təklif edib. Tramp bu barədə Ağ Evdə Karni ilə birgə keçirilən mətbuat konfransında danışıb.

“Mən hiss edirəm ki, bu, Kanada üçün daha yaxşıdır. Kimsə bunu müzakirə etmək istəməsə, biz bunu müzakirə etməyəcəyik. Düşünürəm ki, Kanada vətəndaşları üçün çox böyük faydalar: çox aşağı vergilər, pulsuz hərbi xidmətlər var ki, biz sizə hər halda bu imkanı veririk, çünki Kanadanı qoruyuruq, əgər nə vaxtsa probleminiz olubsa, həmişə yanınızda olmuşuq. Ancaq bu, həqiqətən də gözəl bir birləşmə olardı, çünki söhbət çox yaxşı yola gedən iki ölkədən gedir”, ‒ Donald Tramp bildirib.

Kanadanın Baş naziri Mark Karni isə ölkəsinin satılmadığını deyib: “İcazənizlə bir neçə şey demək istərdim. Dediyiniz kimi, bəzi şeylər heç vaxt satılmır. Hazırda oturduğumuz yer kimi. Məsələn, sizin də ziyarət etdiyiniz Bukingem sarayı da satıla bilməz, elə Kanada da. O ki qaldı təhlükəsizliyə, mənim hökumətim ABŞ ilə tərəfdaşlığımıza yenidən baxmaq istəyir”.

“Kanada hazırda öz ordu məsələləri üzərində işləyir və Ordusunu canlandırmağa çalışır. Bu çox önəmlidir. Amma heç vaxt “heç vaxt” deməyin”, ‒ deyə Donald Tramp əlavə edib.

Ağ Ev lideri dəfələrlə bəyan edib ki, Kanada ABŞ-nin bir hissəsi olmalıdır. Onun fikrincə, Kanada ABŞ-nin 51-ci ştatı kimi daha yaxşı vəziyyətdə olacaq.

Siyasətçi həmçinin iddia edib ki, ölkəsi Kanadaya görə hər il 200 milyard dollar itirir və bunun davam etməsinə imkan verməyəcək.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 657 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 657 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 657 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 657 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 657 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 657 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 657 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 657 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 657 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 657 baxış
Seçilmişlər
icon