Pleyeri seçin:

Tramp və Kanada Baş nazirinin görüşündə gərgin anlar | Sensasiyalı məlumat yayıldı

03 dekabr 2024 261 baxış

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdo ilə görüşü zamanı Ottavanın qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll edə bilməyəcəyi təqdirdə Kanadanı ABŞ-nin 51-ci ştatı ola biləcəyi ilə hədələyib.

Bu barədə “Fox News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, keçən həftə seçilmiş Prezidentin Floridadakı iqamətgahında baş tutan danışıqlarda D.Tramp C.Trüdoya bildirib ki, andiçmə günü, 2025-ci il yanvarın 20-də Kanadaya idxal rüsumlarını tətbiq edəcək.

Ottava qeyri-qanuni miqrantların Kanada sərhədindən ABŞ-yə axınının qarşısını ala bilməsə və ticarət kəsirini azaltmasa, Kanada bütün mallarına görə 25 % ödəyəcək. Bu, hazırda təxminən 100 milyard dollar təşkil edir.

C.Trüdo Amerika Administrasiyasının gələcək rəhbərinə belə tədbirlərin Kanada iqtisadiyyatını öldürəcəyini deyib. D.Tramp isə bu halda Kanadanın ABŞ-nin 51-ci ştatı ola biləcəyini söyləyib. Telekanalın məlumatına görə, bu ifadə Kanadanın Baş nazirinin əsəbi gülüşünə səbəb olub.

Toplantı iştirakçılarından biri zarafatla qeyd edib ki, hadisələrin bu cür inkişafı halında Kanada çox liberal bir dövlətə çevriləcək, D.Tramp ölkəni iki ştata bölməyi təklif edib, onlardan birində liberallar, ikincisində mühafizəkarlar ön planda olacaq.

Bundan əlavə, D.Tramp əlavə edib ki, C.Trüdo ABŞ-nin 51-ci ştatının qubernatoru ola bilər.

İqlim dəyişikliyi ötən il 3 mindən çox insanın ölümünə səbəb olub

İqlim dəyişikliyi ötən il 3 mindən çox insanın ölümünə səbəb olub

Dünya
20 iyun 2026 261 baxış
“Fransa belə bir modeli həyata keçirmək niyyətində deyil” | Makron

“Fransa belə bir modeli həyata keçirmək niyyətində deyil” | Makron

Dünya
20 iyun 2026 261 baxış
Rusiya dialoqa hazırdır | Müharibənin taleyi necə olacaq?

Rusiya dialoqa hazırdır | Müharibənin taleyi necə olacaq?

Dünya
20 iyun 2026 261 baxış
“İstəklilər koalisiyası”nın növbəti görüşünün tarixi açıqlandı

“İstəklilər koalisiyası”nın növbəti görüşünün tarixi açıqlandı

Dünya
20 iyun 2026 261 baxış
6 yaşlı oğlanın bu tapıntısı hamını təəccübləndirdi

6 yaşlı oğlanın bu tapıntısı hamını təəccübləndirdi

Dünya
20 iyun 2026 261 baxış
Konqoda virusun qurbanları artır | Hökumət həyəcan təbili çalır

Konqoda virusun qurbanları artır | Hökumət həyəcan təbili çalır

Dünya
20 iyun 2026 261 baxış
Türkiyə Prezidentindən önəmli görüş | Nələr müzakirə edildi?

Türkiyə Prezidentindən önəmli görüş | Nələr müzakirə edildi?

Dünya
20 iyun 2026 261 baxış
Ukraynanın gələcək aqibəti | Qərbin Kiyevə baxışı dəyişir?

Ukraynanın gələcək aqibəti | Qərbin Kiyevə baxışı dəyişir?

Dünya
20 iyun 2026 261 baxış
Zelenskinin Trampdan gözləntiləri nələrdir?

Zelenskinin Trampdan gözləntiləri nələrdir?

Dünya
20 iyun 2026 261 baxış
Almaniya Kanslerindən Ukrayna ilə bağlı açıqlama | Kiyevin aqibəti necə olacaq? - Baku TV CANLI

Almaniya Kanslerindən Ukrayna ilə bağlı açıqlama | Kiyevin aqibəti necə olacaq? - Baku TV CANLI

Dünya
20 iyun 2026 261 baxış
Seçilmişlər
icon