Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama | "İrana heç bir gəmi daxil olmur" - Baku TV
“ABŞ İranın Hörmüz boğazından keçən gəmilər üçün rüsum almasına qarşıdır”.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Boğazın açıq olmasını istəyirik, amma rüsum alınmasını istəmirik. Bu, beynəlxalq su yoludur”, – deyə Ağ Ev rəhbəri bildirib.
Tramp əlavə edib ki, ABŞ-nin razılığı olmadan İrana heç bir gəmi daxil olmur və ya çıxmır: “İran buna görə çoxlu pul itirir. İtkilər gündə 500 milyon dollara qədərdir”.
Məsələ ilə bağlı ABŞ Mərkəzi Komandanlığı da məlumat yayıb. Bildirilir ki, İran limanlarına qarşı aprelin 13-dən tətbiq olunan dəniz blokadası davam edir. Bu kontekstdə Hörmüz boğazında 94 ticarət gəmisinin marşrutu dəyişdirilib.
Qeyd olunub ki, mayın 21-dək ABŞ qüvvələri 94 kommersiya gəmisini başqa istiqamətə yönəldib, daha 4 gəmini isə dayandırıb.
Açıqlamada əlavə edilib ki, bu addımlar İran limanlarında həyata keçirilən ticarət axınının qarşısını almaq məqsədilə tətbiq edilən tədbirlər çərçivəsində atılıb.
#Donald Tramp teqi istifadə olunub
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
- Trampın miqrasiya siyasəti erməniləri çıxılmaz vəziyyətə salıb? - Baku TV CANLI
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
