Pleyeri seçin:

Trampdan İrana çağırış | "Bundan sonra geriyə yol yoxdur" - Baku TV

26 mart 2026 394 baxış

ABŞ Prezidenti Donald Tramp İranı tələsməyə və ölkəsi ilə danışıqlara ciddi yanaşmağa çağırıb.

O bu barədə sosial şəbəkə hesabında yazıb.

“İranın danışıq aparanları çox fərqli və “qəribədirlər”. Onlar razılaşma əldə etmək üçün bizə “yalvarırlar” və belə də olmalıdır, çünki onların hərbi potensialı tamamilə darmadağın edilib və bərpaolunma şansları yoxdur, lakin açıq şəkildə bəyan edirlər ki, sadəcə, təklifimizi nəzərdən keçirirlər. Yanlışdır”, – deyə o yazıb.

Tramp vurğulayıb ki, İranın buna mümkün qədər tez və ciddi yanaşması daha yaxşı olar: “Nə qədər ki, çox gec deyil, çünki bundan sonra artıq geriyə yol olmayacaq və hər şey pis bitəcək”.

İsrailin müdafiə naziri İsrael Katz isə martın 26-da İranın Hərbi Dəniz Qüvvələri komandanı Əlirza Tənqsirinin öldürüldüyünü bildirib:

“Bu gecə İsrail Müdafiə Qüvvələri dəqiq və öldürücü əməliyyat nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin komandanı Əlirza Tənqsirini, eləcə də yüksəkrütbəli dəniz komandanlığı rəsmilərini zərərsizləşdirdi. Qlobal gəmiçiliyi pozmaq məqsədilə Hörmüz boğazının minalanması və bağlanması üzrə terror əməliyyatına birbaşa cavabdeh olan şəxs aradan götürüldü və planı pozuldu.

Bu, hazırda İrana nəzarət edən İslam İnqilabı Keşikçiləri Korpusunun bütün yüksəkvəzifəli rəsmilərinə açıq mesajdır: İsrail Müdafiə Qüvvələri sizi bir-bir izləyəcək və zərərsizləşdirəcək. Müharibənin məqsədlərinə çatmaq üçün bütün gücümüzlə İranda fəaliyyətimizi davam etdiririk”. 

Türkiyədən Qara dənizdə məhdudiyyət

Türkiyədən Qara dənizdə məhdudiyyət

Dünya
08 avqust 2026 394 baxış
Ermənistanın ixrac coğrafiyası dəyişir | Bəs alternativ bazarlar hazırdırmı? - Baku TV CANLI

Ermənistanın ixrac coğrafiyası dəyişir | Bəs alternativ bazarlar hazırdırmı? - Baku TV CANLI

Dünya
08 avqust 2026 394 baxış
ABŞ Senatından yeni qərar | Rusiya və İrana qarşı təzyiq artır - Baku TV CANLI

ABŞ Senatından yeni qərar | Rusiya və İrana qarşı təzyiq artır - Baku TV CANLI

Dünya
08 avqust 2026 394 baxış
400 milyon dollarlıq layihə dayandırıldı | Tramp geri addım atmır? - Baku TV CANLI

400 milyon dollarlıq layihə dayandırıldı | Tramp geri addım atmır? - Baku TV CANLI

Dünya
08 avqust 2026 394 baxış
Soçidə açılan "Fillər parkı" ziyarətçilərin böyük marağına səbəb olub

Soçidə açılan "Fillər parkı" ziyarətçilərin böyük marağına səbəb olub

Dünya
08 avqust 2026 394 baxış
Sakit okeanın Çili sahillərində möhtəşəm balina ailəsi görüntülənib

Sakit okeanın Çili sahillərində möhtəşəm balina ailəsi görüntülənib

Dünya
08 avqust 2026 394 baxış
Gecə səmasını işıqlandıran fənər festivalı şəhərə xüsusi gözəllik qatdı

Gecə səmasını işıqlandıran fənər festivalı şəhərə xüsusi gözəllik qatdı

Dünya
08 avqust 2026 394 baxış
Ayın sirli dünyasını aydınladan 3 metr uzunluğunda yeni xəritə hazırlandı

Ayın sirli dünyasını aydınladan 3 metr uzunluğunda yeni xəritə hazırlandı

Dünya
08 avqust 2026 394 baxış
İranla gərginlik pik həddə: ABŞ hərbi dairələrində artan narahatlıqlar

İranla gərginlik pik həddə: ABŞ hərbi dairələrində artan narahatlıqlar

Dünya
08 avqust 2026 394 baxış
Ermənistanın Baş naziri Vaşinqton sammitinin ölkəsini dalandan çıxardığını bildirib - Baku TV CANLI

Ermənistanın Baş naziri Vaşinqton sammitinin ölkəsini dalandan çıxardığını bildirib - Baku TV CANLI

Dünya
08 avqust 2026 394 baxış
Seçilmişlər
icon