Trampdan sərt xəbərdarlıq | ABŞ Avropaya qarşı? - Baku TV
ABŞ Prezidenti Donald Tramp Avropanın özünü nizamlamasa, yox ola biləcəyini bildirib.
"Avropa özünü qaydaya salmalıdır. Energetika və miqrasiya baxımından nizam yaratmalıdırlar, əks halda, Avropa artıq olmayacaq", – deyə Tramp qeyd edib.
O xatırladıb ki, dəfələrlə Avropanı kağız pələng adlandırıb.
Donald Tramp həmçinin NATO-nun ABŞ-yə ciddi ehtiyacı olduğunu vurğulayıb və Vaşinqtonun dəstəyi olmadan alyansın kağız pələngdən başqa bir şey olmadığını qeyd edib.
ABŞ lideri əlavə edib ki, bu fikirləri siyasətə gəlməzdən əvvəl də səsləndirib və baş verənləri izləməyi maraqlı hesab edir.
Bu arada, İranın məhkəmə orqanları Trampın İranda 8 qadının yaxın zamanda edam ediləcəyi ilə bağlı iddiasını təkzib edib. Bu barədə İran məhkəmə sisteminin media mərkəzi məlumat yayıb.
Bildirilib ki, həmin şəxslərin işlərinin dəqiq araşdırılmasından sonra onların bir qisminin azad edildiyi, bəzilərinin isə barələrində irəli sürülən ittihamlar üzrə məhkəmə hökmü təsdiqlənəcəyi təqdirdə ən sonda həbs cəzasına məhkum ediləcəyi müəyyən olunub.
Məlumata görə, həmin şəxslərin heç biri barəsində edamla bitəcək qəti məhkəmə hökmü yoxdur.
Qeyd edək ki, aprelin 21-də Donald Tramp öz sosial şəbəkə hesabında İran rəhbərliyinə müraciət edərək, saxlanılan səkkiz qadının ABŞ nümayəndə heyəti ilə danışıqlar ərəfəsində azad olunmasını tələb edib.
#Donald Tramp teqi istifadə olunub
- Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV
- Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI
- İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub - Baku TV
- Azərbaycan və ABŞ liderləri arasında vacib müzakirə | Telefon danışığının detalları - Baku TV CANLI
- Ermənistan Baş naziri ABŞ Prezidenti ilə bu mövzuları müzakirə etdi - Baku TV
