Trampın budəfəki hədəfi Bayden yox, görün kim oldu | Putin Ukrayna ilə bağlı güzəştlərə gedib?
ABŞ Prezidenti Donald Tramp Rusiyanın müharibənin dayandırılması üçün güzəştlərə getməyə hazır olduğunu açıqlayıb.
Bu barədə o, Norveç Baş naziri Yonas Qar Störe ilə danışıqlardan sonra jurnalistlərə bildirib.
Jurnalistlər D.Trampdan sülhə yaxınlaşmaq üçün Rusiyanın hazırda hansı güzəştlərə getdiyini soruşublar. D.Tramp isə cavabında bildirib ki, müharibənin dayandırılması, bütün ölkəni ələ keçirməkdən imtina kifayət qədər böyük güzəştdir:
“Ukrayna ilə işləyərək biz əlimizdən gələni edəcəyik, lakin onlar çox ərazi itiriblər. Siz Krım haqqında danışırsınız. Krım 11 il öncə Barak Obamanın dövründə verilib. Bunun mənə heç bir aidiyyəti yoxdur. O zaman hərbi əməliyyatlar yox idi, sadəcə olaraq Krımı təhvil veriblər. İndi isə soruşurlar: “Onu geri qaytara bilərsinizmi?” Məncə, bu, çox çətin iş olacaq”.
#ABŞ teqi istifadə olunub
- ABŞ və Çin liderlərinin görüşü iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər? - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
- Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq
- ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR
- ABŞ-nin Arktikadakı yeni hərbi planı regional balansı necə dəyişəcək? - Baku TV CANLI
