Trüdonun bu hərəkətinə kanadalılardan müsbət reaksiya | “Global News” telekanalı məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadalıların 80%-dən çoxu Baş nazir Castin Trüdonun vəzifəsini vaxtından əvvəl tərk etmək qərarından razıdır.
Bu barədə “Global News” telekanalı məlumat yayıb.
“Ipsos” tədqiqat şirkəti müvafiq sosioloji sorğunu telekanalın sifarişi ilə keçirib.
Araşdırmanın nəticələrinə görə, onun iştirakçılarının 81%-i Baş nazirin bu hərəkətini müsbət qiymətləndirib.
Eyni zamanda 38% C.Trüdonu Kanada hökumətinin başçısı vəzifəsində göstərdiyi fəaliyyəti “qeyri-qənaətbəxş” qiymətləndirib. “Ipsos” həmçinin bildirib ki, Kanadanın hakim Liberal Partiyasına dəstək bu fonda dəyişməyib və 20% səviyyəsində qalıb, kanadalıların 46%-i isə mühafizəkarlara səs verməyə hazırdır.
Yanvarın 6-7-də keçirilən sorğuda 1000-dən çox insan iştirak edib.
Yanvarın 6-da C.Trüdo hakim Kanada Liberal Partiyasının sədri vəzifəsini tərk edəcəyini və partiyaya yeni lider seçildikdən sonra baş nazir postunu ona ötürəcəyini açıqlayıb.
#Kanada teqi istifadə olunub
- Kütləvi etirazlar qarşıdurmaya çevrildi
- ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI
- ABŞ-nin tarifləri Kanada ilə münasibətlərə necə təsir edib?
- Ursula Fon der Lyayenin Kanadaya assosiativ üzvlük təklifinə qarşı narazılıqlar var
- Tramp Kanadanı ABŞ-ni aldatmaqda ittiham etdi - Baku TV CANLI
