Türk mühəndislər Suriyada şəhid oldu? | Sensasiyalı iddiaların detalları üzə çıxdı
İsrail Suriyada inşa edilməkdə olan hərbi bazanı hədəf alıb.
Hücumların Türkiyənin Suriyada hərbi baza qurma cəhdlərinə qarşı bir xəbərdarlıq olduğu irəli sürülür.
Eyni zamanda jurnalist Abdurrahman Dilipak İsrailin vurduğu hərbi bazada 3 türk mühəndisin həyatını itirdiyini iddia edib.
“Jerusalem Post”un məlumatına görə, İsrail təhlükəsizlik rəsmilərindən biri bu hücumların Türkiyəyə mesaj göndərmək məqsədi güddüyünü bildirib.
“Suriyada hərbi baza qurmayın və İsrailin hava fəaliyyətlərinə müdaxilə etməyin”, − deyə rəsmi şəxs açıqlamasında qeyd edib.
“Jerusalem Post”un daha bir xəbərində isə İsrail təhlükəsizlik rəsmilərindən biri Suriya hökumətinin Türkiyənin bu torpaqlarda hərbi baza qurma ehtimalından narahat olduğunu ifadə edib.
“Əgər Suriyada bir türk hava bazası qurularsa, bu, İsrailin Suriyadakı hərəkət azadlığına zərər verər”, − deyən rəsmi şəxs belə bir cəhdin İsrail üçün “potensial bir təhdid” olduğunu bildirib.
#İsrail teqi istifadə olunub
- Ankara və Təl-Əviv Suriya məsələsində məxfi rabitə xəttini aktivləşdirdi - Baku TV
- Aİ Təl-Əvivə qarşı yeni sanksiyalar tətbiq edə bilər - Baku TV
- İsrailə 4 Avropa ölkəsindən sərt çağırış: E-1 planından imtina edin - Baku TV
- Beynəlxalq hüquq: Qərb sahilindəki yaşayış məntəqələri qanunsuzdur - Baku TV CANLI
- İsraildə daxili siyasi çəkişmə: Qorxuları artırmaq strategiyası işə düşür? - ANA XƏBƏR
