Türkiyə kəşfiyyatı Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirdi
Türkiyə Milli Kəşfiyyat Təşkilatı Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib, üç şübhəli saxlanılıb.
Bu barədə məlumatı Türkiyə kütləvi informasiya vasitələri yayıb. İlkin araşdırma zamanı saxlanılanların suriyaəsilli olduqları üzə çıxıb.
Məlumata görə, üç nəfərlik casus qrupuna Ahmet Katie rəhbərlik edirmiş. Onlar Türkiyədən xaricə getmək istəyən miqrantlara guya işgəncələr verilməsi ilə bağlı saxta informasiyalar toplayaraq Fransa kəşfiyyatına ötürürmüşlər.
İlkin istintaq zamanı məlum olub ki, 3 nəfərlik “xəfiyyələr” artıq bir ildir ki, Fransa kəşfiyyatına casusluq edirmişlər.
Xatırladaq ki, daha öncə Türkiyə Milli Kəşfiyyat Təşkilatı İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının Türkiyədə fəaliyyət göstərən casuslarını da ifşa edib.
#Fransa teqi istifadə olunub
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
