Türkiyə qoşun göndərəcək, yoxsa... ? | Avropa ABŞ-ni nəyə məcbur edəcək?
“Rusiya Federasiyası ilə Ukrayna arasında istənilən sülh sazişini qəbul etmək çətin olacaq, lakin bu, döyüşləri davam etdirməkdən daha yaxşıdır”.
Bu fikri Brüsseldə xarici işlər nazirlərinin görüşündə iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidan “Reuters” agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, Ankara Amerikanın atəşkəs təklifini dəstəkləyir, lakin Kiyev və Moskva istənilən razılaşmadan “bir az uzaqdır”:
“Hər hansı bir təklifi qəbul etmək son dərəcə çətin olacaq. Amma ölüm və dağıntılara baxanda, düşünürəm ki, istənilən sülh variantı daha yaxşıdır. Avropa təkbaşına Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməyəcək, ona görə də onlar indi Vaşinqtonu onun təhlükəsizliyini dəstəkləməkdə iştirak etməyə məcbur etmək üçün böyük səylər göstərirlər”, – Hakan Fidan bildirib.
#Hakan Fidan teqi istifadə olunub
- Hakan Fidan SDQ-nin Suriya Ordusuna inteqrasiyasından danışdı
- Ukraynadakı müharibənin coğrafiyası genişlənir? | NATO indi nə edəcək? - Baku TV
- “Avropada yeni sistem yaranacaq” | Hakan Fidan müharibədən danışdı
- Hakan Fidan Brüsseldə bir sıra görüşlər keçirib - Baku TV
- Tehrandan PKK ilə bağlı sərt mesaj
