Pleyeri seçin:

Türkiyə-Suriya sərhədində gərginlik pik həddə | 500-ə qədər saxlanılan var

03 iyul 2024 497 baxış

Türkiyə-Suriya sərhədində vəziyyət gərgin olaraq qalır.

Kayseri bölgəsində başlayan etirazlar ölkənin digər ərazilərinə də keçib.

Qaziantepdəki iğtişaşlarda insanlar əllərində bayraqlar ilə küçələrə axışıblar. Onlar bir sıra iş yerləri və şəxsi mülklərə ziyan vurublar. Əraziyə polis əməkdaşları cəlb olunub. Bölgədə məskunlaşan suriyalılardan mağazalarını açmamaqları və bayıra çıxmamaqları tələb olunub. Artıq etirazlar polis tərəfindən yatırılıb.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya da məsələ ilə bağlı sosial media hesabında açıqlama verib. Bildirib ki, bəzi şəhərlərdə suriyalılara qarşı təxribat xarakterli hərəkətlər həyata keçirilib.

Sözügedən hadisələrdən sonra təxribat törətməkdə ittiham olunan 474 nəfər polis tərəfindən saxlanılıb. Nəzarətə götürülən şəxslərdən 285 nəfərin əvvəllər immiqrant qaçaqmalçılığı, xəsarət yetirmə, narkotik alveri, əmlaka ziyan vurma, dələduzluq kimi cinayətlərdən həbs olunduğu müəyyən edilib.

"Əziz vətəndaşlar, təxribata əl atmayaq. Təmkinlə hərəkət edək. Dövlətimiz güclüdür. Dövlətimizə qarşı sui-qəsd edənlər layiq olduğu cavabı alacaqlar”, – deyə nazir açıqlamasında qeyd edib.

Məlumat üçün bildirək ki, etirazlar Kayseri bölgəsində Suriyaəsilli bir şəxsin azyaşlını cinsi qısnamaya məruz qoyması iddiasından sonra başlayıb.

Qeyd edək ki, hazırda sözügedən şəxs saxlanılıb.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 497 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 497 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 497 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 497 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 497 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 497 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 497 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 497 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 497 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 497 baxış
Seçilmişlər
icon