Türkiyə zərbə PUA-sı yeni imkan qazanır: adi bombanı idarəolunan silaha çevirən sistem
“Hərbi xronika”nın budəfəki buraxılışında Türkiyənin “AKINCI” hücum pilotsuz uçuş aparatının yeni silah sınaqları və genişlənən döyüş imkanları təhlil olunub.
Bildirilib ki, “ASELSAN”ın hazırladığı “MORFOZ” qanadlı tuşlama dəsti ilə ilk atışda hədəfi dəqiq vuran “AKINCI” Türkiyənin öz PUA-larını yerli istehsal olan silahlar, idarəetmə sistemləri və elektron avadanlıqlarla təchiz etmək strategiyasının növbəti mərhələsini təsbit edib.
Qeyd olunub ki, “AKINCI”nın silah imkanları bununla məhdudlaşmır. Sentyabrın 16-da keçirilən sınaqda aparat “ROKETSAN”ın istehsalı olan “SUNGUR” Hava Hücumundan Müdafiə raketi ilə sürətlə hərəkət edən hədəf PUA-sını vurub.
Vurğulanıb ki, “AKINCI”nın əsas üstünlüklərindən biri də məhz fərqli silahları daşıya və müxtəlif tapşırıqlara uyğunlaşa bilməsidir. İndiyədək platformaya “MAM-L” və “MAM-T” kimi idarəolunan sursatlar, “TOLUN” və “TEBER” kimi aviasiya bombaları, “ÇAKIR” qanadlı raketi, eləcə də “SUNGUR” kimi hava hədəflərinə qarşı nəzərdə tutulan silahlar inteqrasiya olunub.
Əlavə edilib ki, “AKINCI”nın müvafiq inkişaf göstəriciləri yalnız onun tətbiq etdiyi yeni silahların siyahısının genişlənməsi kimi qiymətləndirilmir. Burada əsas məsələ müxtəlif silahların bir platformada birləşdirilməsi, hədəfə uyğun seçilməsi və real döyüş şəraitində etibarlı şəkildə tətbiq olunmasıdır.
#Akıncı PUA teqi istifadə olunub
