Pleyeri seçin:
Türkiyədə silahlı insident | Ölən və yaralananlar var
Türkiyənin şimal-qərbindəki silahlı insidentdə azı 5 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Bu barədə “Anadolu” məlumat yayıb.
“Sakaryanın Serdivan rayonunda qonşu iki ailə arasında mübahisə yaşanıb. Mübahisənin böyüməsi nəticəsində hər iki tərəf bir-birinə tapança ilə atəş açıb”, – deyə məlumatda qeyd olunub.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Faktla bağlı dörd nəfər saxlanılıb. Dörd tapança isə maddi sübut kimi götürülüb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Türkiyə gəmisi hücuma məruz qaldı | Anbaan görüntülər - Baku TV
- Ərdoğan Aşqabadda Vladimir Putin və Şahbaz Şəriflə görüşdü
- "Türkiyənin bununla bağlı öhdəlikləri var" | Lavrov rəsmi Ankaraya xəbərdarlıq etdi - Baku TV CANLI
- Müğənni Güllünün işi ilə bağlı istintaq davam edir
- İddia: Məşhur iş adamı rusiyalı modeli döydü
