Türklər hər şeyi ələ keçirdi, amma... | Gümrünün yeni seçilən merindən Rusiyaya dəstək mesajı
Yeniliklərdən dərhal xəbərdar olun
“Əgər ruslar olmasaydı, Ermənistanın 29,8 min kvadratkilometr ərazisi də olmazdı”.
Bunu Ermənistanın ikinci böyük şəhəri olan Gümrünün yeni seçilən meri Vardan Qukasyan deyib.
O, 1920-ci ildə Sevr şəhərində imzalanmış müqaviləni xatırladaraq bildirib ki, həmin sənəd çərçivəsində ingilislər və fransızlar ermənilərə 160 min kvadratkilometr torpaq vəd etmişdilər:
“Nəticədə bir neçə aydan sonra türklər hər şeyi ələ keçirdilər, bizi Aleksandropol müqaviləsini imzalamağa məcbur etdilər və bizə cəmi 9,7 min kvadratkilometr ərazi buraxdılar. Əgər ruslar olmasaydı, bizim bugünkü 29,8 min kvadratkilometr ərazimiz də olmayacaqdı”.
V.Qukasyan özünü Ermənistanın maraqları ilə hərəkət edən, ermənipərəst siyasətçi adlandırsa da, Belarus nümunəsində olduğu kimi, Rusiya ilə ittifaq dövləti tərəfdarı olduğunu vurğulayıb.
Qeyd edək ki, aprelin 16-da Gümrü Ağsaqqallar Şurasının ilk iclasında Vardan Qukasyan şəhərin meri seçilib. Onun lehinə 18 nəfər səs verib. İclasda hakim Mülki Müqavilə Partiyasının 14 nəfərdən ibarət fraksiyası iştirak etməyib.
#Ermənistan teqi istifadə olunub
- Almaniya Cənubi Qafqazda Avropanın təsirini artırmaq istəyir?
- Avropa Cənubi Qafqazda daha çox söz sahibi olmaq istəyir? - AKTUAL GÜNDƏM
- Azərbaycanla bağlantı təmin olunmasa, layihənin heç bir məntiqi yoxdur | Ceyhun Bayramov- Baku TV
- Əvvəl deportasiya, sonra tam qovulma | Kənddə azərbaycanlılardan nə iz qaldı?
- Ermənistanda hər 28 nəfərdən biri Rusiyaya niyə gedib? - Baku TV CANLI
