Pleyeri seçin:
Ukrayna kəşfiyyat idarəsinin rəhbərindən açıqlama
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun öldürülməsi ilə bağlı məlumatı şərh edib.
K.Budanov belə bir məlumatı təsdiq edə bilməyəcəyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl bəzi “Telegram” kanallarında Krımda baş verən hücum nəticəsində Rusiya Baş Qərargah rəisinin öldürülməsi barədə məlumatlar yayılıb.
K.Budanov həmçinin Ukrayna kəşfiyyatçılarının Rusiyanın Belqorod vilayətində keçirdiyi əməliyyat zamanı qarşı tərəfin canlı qüvvəsini məhv etdiyini və ağır xəsarət alanlardan birinin tanınmış şəxs olduğunu bildirib. Kəşfiyyat rəhbəri şəxsin kimliyini açıqlamayıb.
Kopyalandı
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Lavrov: “Danışıqları qaldığı yerdən bərpa etməyə hazırıq”
- Ukrayna Ordusu Krımda dəmir yolu körpüsünə zərbə endirib
- Ukraynanın müdafiə naziri Mixayıl Fedorov hesabat yaydı - Baku TV
- "Ən ağır döyüşlər burada oldu" | Rusiya-Ukrayna müharibəsində gərginlik pik həddə - Baku TV
- Rusiya-Ukrayna cəbhəsində gərginlik pik həddə - Baku TV CANLI
