Pleyeri seçin:

Ukrayna müharibəni bitirmək məsələsinə ciddi yanaşır | Volodimir Zelenski - Baku TV

30 yanvar 2026 164 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya dövlət başçısı Vladimir Putinlə Moskvada görüş keçirilməsi ehtimalını qəti şəkildə rədd edib.

Bu barədə "RBC-Ukraine" məlumat yayıb.

Dövlət başçısı Kremldə görüşməkdənsə, həmkarını açıq şəkildə Ukraynaya dəvət edib.

"Moskvada V.Putinlə görüşməyim, əlbəttə ki, istisna olunur. Bu elə V.Putinlə Kiyevdə görüşmək kimi bir şeydir. Mən də onu eyni qaydada Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Onu açıq şəkildə dəvət edirəm, əgər, əlbəttə, cəsarəti çatarsa", – deyə V.Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Prezident vurğulayıb ki, rəsmi Kiyev müharibənin faktiki sona çatması ilə bağlı konstruktiv razılaşmanın əldə olunmasında maraqlıdır.

V.Zelenski Ukraynanın müharibəni bitirmək məsələsinə ciddi yanaşdığını və bu səbəbdən ölkə liderləri səviyyəsində istənilən real görüş formatının məqbul olduğunu qeyd edib. Lakin o, görüş yeri kimi təcavüzkar ölkələrin ərazilərini istisna edib.

"Lakin istər Moskvada, istərsə də Belarusda görüşmək, sadəcə olaraq, qeyri-mümkündür. Bunun səbəbi tamamilə aydındır: söhbət o dövlətlərdən gedir ki, onlardan biri bizə qarşı müharibəyə başlayan, davam etdirən və bizi qətlə yetirən təcavüzkardır, digəri isə bu əməllərdə onun şəriki və tərəfdaşıdır", – deyə Ukrayna lideri əlavə edib.

Kopyalandı
Türkiyəyə atılan raketlə bağlı Ərdoğandan reaksiya - 24 SAAT

Türkiyəyə atılan raketlə bağlı Ərdoğandan reaksiya - 24 SAAT

Dünya
09 mart 2026 164 baxış
İsrail ordusu Livanda quru əməliyyatına başladı - ANA XƏBƏR

İsrail ordusu Livanda quru əməliyyatına başladı - ANA XƏBƏR

Dünya
09 mart 2026 164 baxış
İrana hücum Putinin hərb maşınına ciddi ziyan vurdu

İrana hücum Putinin hərb maşınına ciddi ziyan vurdu

Dünya
09 mart 2026 164 baxış
İran yeni ali lideri üçün səbirsizlənir

İran yeni ali lideri üçün səbirsizlənir

Dünya
09 mart 2026 164 baxış
İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq | ABŞ-nin hərbi naziri

İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq | ABŞ-nin hərbi naziri

Dünya
09 mart 2026 164 baxış
Lukaşenkodan dollar və ticarət əlaqələri barədə diqqətçəkən açıqlama

Lukaşenkodan dollar və ticarət əlaqələri barədə diqqətçəkən açıqlama

Dünya
09 mart 2026 164 baxış
İran-Türkiyə gərginliyi pik həddə | ABŞ-dən vətəndaşlarına xəbərdarlıq - Baku TV CANLI

İran-Türkiyə gərginliyi pik həddə | ABŞ-dən vətəndaşlarına xəbərdarlıq - Baku TV CANLI

Dünya
09 mart 2026 164 baxış
AKP sözçüsündən yeni lider barədə açıqlama | İranı nələr gözləyir?

AKP sözçüsündən yeni lider barədə açıqlama | İranı nələr gözləyir?

Dünya
09 mart 2026 164 baxış
Şimali Kiprdə təhlükəsizliklə bağlı tədbirlər görülür

Şimali Kiprdə təhlükəsizliklə bağlı tədbirlər görülür

Dünya
09 mart 2026 164 baxış
Bəhreyndə 54 raket və dron hücumu qeydə alındı

Bəhreyndə 54 raket və dron hücumu qeydə alındı

Dünya
09 mart 2026 164 baxış
Seçilmişlər
icon