Ukrayna Rusiyadan qorunmaq üçün olan yeganə çarəsini də itirir?
“Ukraynanın Rusiyanın ən güclü ballistik raketlərindən qorunmaq üçün yalnız bir yolu var: Amerika istehsalı olan “Patriot” müdafiə sistemi. Ukrayna Silahlı Qüvvələrinin arsenalındakı “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları bir neçə həftədən sonra tükənə bilər”.
Bu barədə CNN telekanalı mənbələrinə istinadən məlumat paylaşıb.
Buna səbəb kimi amerikalıların Kiyevə silah tədarükünü dayandırmaları göstərilir. Problem ondadır ki, ABŞ-nin digər texnikasından fərqli olaraq, “Patriot” raketlərini alternativ silahla əvəz etmək mümkün deyil.
“ABŞ “Patriot” raket sistemləri, eləcə də onlar üçün raketlərin istehsalı üzrə lisenziyalara malikdir, bu da bir çox Avropa ölkələri üçün bu sistemlərin yenidən yaradılmasını çətinləşdirir”, – deyə mənbə vurğulayıb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Rusiya Ordusu Kiyevi növbəti dəfə vurdu
- Rusiya-Ukrayna müharibəsini Türkiyə dayandıra biləcək? - Baku TV CANLI
- "Növbəti 100 gün həledici ola bilər" | Donald Tusk
- Rusiyanın kütləvi hücumları ukraynalıları qorxuya saldı | Cəbhədə kritik vəziyyət - Baku TV
- Müharibədə yeni mərhələ? | Ölümcül zərbədə Şimali Koreya izi ola bilər - Baku TV CANLI
