Ukrayna Rusiyaya dronlarla hücum etdi | AES-də güclü yanğın baş verdi
Ukrayna Rusiyaya dronlarla hücum edib.
Belə ki, pilotsuz təyyarələr gecə hücumu zamanı Rusiyanın qərbindəki Kursk Atom Elektrik Stansiyasında yanğına və gücün azalmasına səbəb olub.
Bu barədə “Rosenerqoatom” konserninin “Telegram” kanalında məlumat yayılıb.
Məlumata görə, Kursk AES-ə hücum edən pilotsuz təyyarənin partlaması nəticəsində lokal yanğın baş verib.
“Aparat düşən zaman qurğu partlayıb, nəticədə transformator sıradan çıxıb. Lokal yanğın söndürülüb. Nəticədə 3 saylı blok 50% boşaldılıb. Zərərçəkən yoxdur”, ‒ deyə paylaşımda bildirilir.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri dronlardan istifadə edərək Rusiyanın Bryansk şəhərinin Sovetskiy rayonuna hücum həyata keçirib.
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, xəsarət alan olmayıb.
“Çoxmənzilli binalardan birinin fasadı və şüşələri zədələnib”, – deyə qubernator əlavə edib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Moskvaya kütləvi dron hücumundan sonra bütün hava limanlarında uçuşlar dayandırılıb
- Rusiyanın neft obyektlərinə hücumlardan sonra Kremldən Kiyevə kritik mesaj - Baku TV
- Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI
- Bahalı raketlər və qlobal qıtlıq Ukraynanın hava müdafiəsini çətin vəziyyətə salır
- Marin Le Pen Fransanın artıq Ukraynaya yardım göstərə bilməyəcəyini bildirib
