Ukrayna Rusiyaya qarşı sanksiya siyahısını daha da genişləndirdi - Baku TV
Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar paketini təsdiqləyən fərman imzalayıb.
Dövlət başçısının rəsmi saytında dərc olunan sənədə əsasən, Ukrayna bu addımı ilə öz sanksiyalarını Avropa İttifaqının qərarları ilə uyğunlaşdırıb.
Qüvvəyə minən yeni məhdudiyyətlər ümumilikdə 120 fiziki şəxsə və təşkilata şamil edilir.
Ukraynanın tətbiq etdiyi yeni sanksiyalara 16 Rusiya vətəndaşı və şirkəti, həmçinin Belarus, İran, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən olan 31 şirkət məruz qalıb.
Bundan əlavə, sanksiyalar 19 İran və 7 Sudan vətəndaşını əhatə edib.
Xatırladaq ki, aprelin 17-də Volodimir Zelenski Rus Pravoslav Kilsəsinin nümayəndələrinə qarşı Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarını tətbiq edib. Siyahıya 9 din xadimi daxil edilib.
#Ukrayna teqi istifadə olunub
- Ukraynadan Aİ-yə 220 milyon avroluq təcili yardım çağırışı - Baku TV CANLI
- Ukrayna ballistik proqramını gücləndirir
- Ceyhun Bayramovun Ukraynaya səfərində əsas məqsəd nə idi? - Baku TV
- Hörmüz məsələsi gündəmdən düşmür | Trampdan açıqlama | Qəzzada yeni həyat - YENİ BİR SƏHƏR
- Bərpa olunan lisey və poliklinika | Azərbaycanın humanitar yardım töhfəsi - Baku TV
