Ukrayna şəhərlərinə kütləvi raket hücumu (18.05.2023)
Rusiya Ordusu Ukraynanın Odessa şəhərini raket atəşinə tutub. Hücum nəticəsində bir nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Bu barədə Odessa vilayəti Hərbi Administrasiyasının sözçüsü Sergey Bratçuk teleqramda məlumat verib. O bildirib ki, düşmənin Qara dəniz istiqamətindən atdığı raketlərin əksəriyyəti Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.
Ukrayna “Cənub” Hərbi Dairəsinin sözçüsü Natalya Qumenyuk isə bildirib ki, Rusiya qüvvələri arxa cəbhədəki bölgələrdə terror aktları törətməyə cəhd göstərirlər. Onun sözlərinə görə, əsas hədəflərdən biri də Odessa şəhəridir.
Qeyd edək ki, mayın 18-nə keçən gecə Rusiya Ordusu həmçinin Ukraynanın paytaxtı Kiyev və Dneprin bir neçə rayonunda partlayışlar törədib. Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, Rusiya Ordusu paytaxt ərazisinə bir neçə qanadlı raket atıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması məlum deyil.
#Ukrayna teqi istifadə olunub
- Ukraynadan Aİ-yə 220 milyon avroluq təcili yardım çağırışı - Baku TV CANLI
- Ukrayna ballistik proqramını gücləndirir
- Ceyhun Bayramovun Ukraynaya səfərində əsas məqsəd nə idi? - Baku TV
- Hörmüz məsələsi gündəmdən düşmür | Trampdan açıqlama | Qəzzada yeni həyat - YENİ BİR SƏHƏR
- Bərpa olunan lisey və poliklinika | Azərbaycanın humanitar yardım töhfəsi - Baku TV
