Ukrayna XİN rəhbəri Trampı mümkün danışıqlarda iştiraka dəvət etdi
Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin görüşü üzərində işləyir.
UNN-in məlumatına görə, bunu Ukrayna XİN-in rəhbəri Andriy Sibiha bildirib.
“Üzərində işlədiyimiz mövqe prezidentlər səviyyəsində görüşdür. Biz bu görüşün genişləndirilmiş formatda ola biləcəyini ehtimal edirik”, ‒ deyə o qeyd edib.
Nazir xatırladıb ki, tərəflər hərbi əsirlərin mübadiləsini həyata keçirməyə razılaşıblar və bu proses artıq başlayıb. İndi Ukrayna Rusiyanın gələcək qeyd-şərtsiz atəşkəs barədə öz baxışını təqdim etməsini gözləyir. Oxşar sənəd Kiyevdə də hazırlanır.
Diplomat həmçinin qeyd edib ki, Ukrayna tərəfi ABŞ Prezidenti Donald Trampın da görüşdə iştirak etməsini çox istərdi.
“Biz Prezident Trampın da buna qoşulmasını çox istərdik və biz həmişə israr edirik ki, mümkün gələcək danışıqlar masasında mütləq Avropa olmalıdır”, ‒ deyə A.Sibiha vurğulayıb.
O həmçinin Rusiya ilə atəşkəs danışıqları üçün Vatikanda görüşün keçirilməsində hələ də maraqlı olduqlarını dilə gətirib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Zelenski seçkinin 2 amildən asılı olduğunu deyib
- Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI
- Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR
- “Vəsait olmasa, dron istehsalını azaltmalı olacağıq” | Volodimir Zelenski
- Rusiyadan Ukrayna üçün pulun alınması mexanizmi - Baku TV
