Pleyeri seçin:

Ukraynadan oğurlanan uşaqların sayı açıqlandı

23 iyul 2023 326 baxış

Rusiyanın Ukraynada apardığı müharibə humanitar fəlakətlərin sayını artırır. Bunlardan biri də ölkədə döyüşlərin qızğın getdiyi vilayətlərdə, o cümlədən işğal altında olan ərazilərdə ukraynalı uşaqların itkin düşməsi və yaxud Rusiya hərbçiləri tərəfindən Ukraynadan çıxarılması ilə bağlıdır.

Məsələn, xeyli müddət bir hissəsi işğal altında olan və ötən ilin sonunda azad olunan Ukraynanın Xarkov vilayətində bu hadisə ilə bağlı statistika aparılıb.

Xarkov vilayətinin rəhbəri Oleq Snequbovun sözlərinə görə, uşaqların 50-yə qədərini qaytarsalar da, 200 azyaşlının harada olduğu barədə məlumat yoxdur. Müharibə cinayətlərinin aşkar edilməsi ilə məşğul olan PAYBACK4UKRAİNE beynəlxalq hüquq layihəsinin direktoru Baku TV-yə Ukraynada müharibə müddətində uşaqlarla bağlı hadisələrin statistikasını açıqlayıb.

“Rəsmi məlumatlara görə, Rusiya bu günə qədər 496 ukraynalı uşağı öldürüb. İşğalçıların raket hücumları, top atəşləri və digər hərbi cinayətləri nəticəsində 1068 uşaq xəsarət alıb. Min uşaq itkin düşmüş hesab olunur. Müharibə dövründə Rusiya hərbçiləri tərəfindən 18 yaşadək uşaqlara qarşı 13 cinsi zorakılıq faktı qeydə alınıb. Ukrayna hakimiyyəti Rusiya ordusu tərəfindən ölkədən qaçırılan 20 minə yaxın uşağın yerinin müəyyən edildiyini açıqlayıb. Ümumilikdə, təəssüf ki, yalnız 385 uşaq qeyri-qanuni deportasiyadan geri qaytarıla bildi”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ mətbuatının bu yaxınlarda yaydığı məlumata görə, Kiyev və Moskva arasında Ukraynadan aparılmış uşaqların geri qaytarılması ilə bağlı gizli danışıqlar gedir.

Banner
Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Dünya
04 noyabr 2026 326 baxış
Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Dünya
04 noyabr 2026 326 baxış
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 326 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 326 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 326 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 326 baxış
Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Dünya
04 noyabr 2026 326 baxış
ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

Dünya
04 noyabr 2026 326 baxış
Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Dünya
04 noyabr 2026 326 baxış
Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur

Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur

Dünya
04 noyabr 2026 326 baxış
Seçilmişlər
icon