Pleyeri seçin:

Ukraynalı ailəsini atıb Rusiyanın tərəfində döyüşən Sarkisyanın etirafı

06 fevral 2025 505 baxış

Moskvadakı yaşayış kompleksində “Donbas Xalq Respublikası”nın “boks federasiyasının prezidenti”, “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyanın sui-qəsd nəticəsində öldürülməsindən sonra erməni mətbuatında Ukraynaya xəyanət edən ermənilər haqqında maraqlı faktlar dərc olunur.

Ekspert Areq Marqaryan Rusiya Ordusunun tərkibində Ukraynaya qarşı döyüşən Ayk Sarkisyan haqqında yazıb.

Bildirilib ki, Ermənistanda doğulan Ayk Sarkisyan uzun illər Ukraynada yaşayıb, ukraynalı xanımla ailə qurub, övladları var. Rusiyanın 2022-ci ildə irimiqyaslı hücumundan sonra A.Sarkisyan vətəndaşı olduğu ölkəni, arvadı və qızını ataraq Ermənistana qaçıb.

Bir müddət Ermənistanda yaşlı valideynləri ilə birlikdə yaşayan A.Sarkisyan daha sonra Rusiyanın müharibə üçün muzdlulara külli miqdarda pul ödədiyini öyrənib və Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya gedib. O, burada böyük pullar müqabilində Ukraynaya qarşı döyüşən xarici muzdlular dəstəsinə qoşulub.

A.Sarkisyan özü bu barədə etiraf edib:

“Həyat yoldaşım və qızıma qarşı əclaf addım atdığımı başa düşürəm. Amma mən belə imkanı əldən verə bilməzdim. Müqaviləm 6 aylıq idi və başa çatanda bank kartıma böyük məbləğdə pul köçdü. Özümə maşın alıb Ermənistana qayıtdım, borclarımı ödədim, maliyyə məsələləri ilə bağlı olan problemlərimi həll etdim, valideynlərimin səhhəti ilə məşğul oldum”.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 505 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 505 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 505 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 505 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 505 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 505 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 505 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 505 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 505 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 505 baxış
Seçilmişlər
icon