Pleyeri seçin:

Ukraynalı deputatlardan Soçi görüşü ilə bağlı açıqlama

05 sentyabr 2023 425 baxış

Sentyabrın 4-də Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında keçirilən görüşdə əsas müzakirə mövzusu Ukraynadan taxıl ixracı ilə bağlı sazişin bərpası idi. Nəzərə alsaq ki, ötən il imzalanmış saziş bu ilin iyul ayında dayandırılana qədər Ukrayna taxıl ixracından 10 milyard ABŞ dollarına qədər gəlir əldə edib. Bu baxımdan yeni mövsümdə sazişin bərpası rəsmi Kiyev üçün olduqca zəruridir. Lakin Rusiyanın irəli sürdüyü şərtlər yerinə yetirilənə qədər sazişə geri dönməyəcəklərinə dair mövqeyi vəziyyəti gərginləşdirib.

Ukrayna Ali Radasının deputatı Lüdmila Buymister qeyd edib ki, Rusiyanın “Taxıl sazişi” ilə bağlı addımlarını beynəlxalq səviyyədə yalnız şantaj kimi xarakterizə etmək olar: “Fikrimcə, bu, nüvə silahından istifadə ilə bağlı şantajdan fərqlənmir. Çünki ərzaq təhlükəsizliyi ilə bağlı təhdidlər nüvə silahı ilə şantaj qədər çox ciddi mənfi nəticələrə səbəb ola bilər. Türkiyəli tərəfdaşlarımıza Ukrayna taxılının ehtiyac duyulan ölkələrə çatdırılması üçün sazişin bərpası ilə bağlı səylərini davam etdirdiklərinə görə minnətdarıq. Xüsusilə Türkiyə rəhbərinə təşəkkür edirik. Ukrayna taxılına ilk növbədə cənubun ehtiyacı var. Bu danışıqların uğuru bir sıra amillərdən asılıdır. Bu, ilk növbədə Vladimir Putinin ağlından nələrin keçməsi ilə bağlı olacaq. Bunu isə təxmin etmək mümkün deyil. Amma əminliklə deyə bilərəm ki, bu danışıqların mövzusu Ukraynanın ərazi güzəştləri olmayacaq. Ukrayna heç vaxt şantaja boyun əyməyəcək, çünki Rusiya yalnız bir dil başa düşür: güc dilini. Biz bunu göstərmişik və döyüş meydanında yenə də göstəririk”.

Deputat Yaroslav Yurçişin isə bildirib ki, Rusiyanın Türkiyə ilə danışıqlardan sonra belə “Taxıl sazişi”nə qayıtmaqdan imtina etməsi Moskvanın hədəfinin bütün dünyada vəziyyəti gərginləşdirmək olduğunu göstərir: “Hazırda Afrikanın, Asiyanın bir sıra ölkələrində aclıq müşahidə olunur. Türkiyənin roluna ümid böyükdür. Amma Rusiya aclıqdan faktiki olaraq strateji silah kimi istifadə edir. Bu danışıqlardan gözləntilər yox idi. Aydındır ki, terrorçularla danışıqlar aparmaq real deyil. Rusiya terrorçuluğa dəstək verən ölkədir. Ümid edirəm ki, bundan sonra dünya Vladimir Putinlə yalnız beynəlxalq tribunalda danışıqlar aparılmasının mümkün olacağını anlayacaq”. Qeyd edək ki, hazırda Ukraynanın taxıl ixracını həyata keçirən limanları Rusiya tərəfindən hava zərbələrinə məruz qalır.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 425 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 425 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 425 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 425 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 425 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 425 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 425 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 425 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 425 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 425 baxış
Seçilmişlər
icon