Pleyeri seçin:

Ukraynalı ekspertlər Baku TV-yə nələri danışdı?

19 noyabr 2024 335 baxış

Rəsmi Kiyev ABŞ, Almaniya və Böyük Britaniyadan uzun zamandır gözlədiyi icazəni nəhayət ki aldı. Bundan sonra Ukrayna Ordusu qərb raketləri ilə Rusiyanın dərinliklərinə zərbə vura biləcək.

Ekspertlər 2 ildən çoxdur davam edən müharibənin bununla yeni fazaya keçəcəyini proqnozlaşdırırlar.

Ali Radanın Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Fedor Venislavski Baku TV-nin Şərqi Avropa bürosuna məsələ ilə bağlı Ukraynanın reaksiyasını açıqlayıb.

O bildirib ki, bu, Ukrayna üçün çox yaxşı bir siqnaldır.

“Bu, müttəfiqlərimizin və tərəfdaşlarımızın Ukraynanı mübarizəsində dəstəklədiyinin sübutudur. ABŞ və Avropakı tərəfdaşlarımızdan çoxdan gözlənilən bir addım idi. Düşünürəm ki, bunun nə qədər vacib olduğunu və cəbhədəki vəziyyəti necə dəyişə biləcəyini təhlil etmək üçün Rusiyanın reaksiyasına baxmaq kifayətdir. Onların “Telegram” kanallarından və rəsmi bəyanatlarından göründüyü kimi, reaksiya kifayət qədər isterikdir. Onlar Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirə biləcəyindən qorxurlar”, – F.Venislavski əlavə edib.

Hərbi analitik Svetlana Kuşnir isə deyir ki, bu kimi icazə Ukraynaya geniş imkanlar tanısa da, təəssüf ki hərbi arsenalın miqyası adekvat deyil.

“Ukraynanın belə bir icazəsinin olmasına baxmayaraq, bunu həyata keçirmək üçün kifayət qədər arsenalımız yoxdur. Biz bunu ancaq qənaətlə, imkanımız çatan qədər həyata keçirə bilərik. Əsas hədəflər isə Rusiyanın daxilindəki raket və digər artilleriya bazalarıdır. Rus ordusu bunlarla Ukraynaya zərbələr endirir. Ukraynanın lazımi ehtiyata yiyələnib, verilmiş icazədən istifadə edərək reallığı dəyişə bilməsi məsələsinə gəldikdə, düşünürəm ki, bu, ən azı Rusiyanın danışıqlarla bağlı hazırkı mövqeyinin dəyişməsinə səbəb ola bilər”, – o vurğulayıb.

Qeyd edək ki, artıq 4-cü gündür Rusiyanın Ukrayna ərazisinə kütləvi hava hücumları davam edir. Zərbələr nəticəsində ölkədə yenidən enerji böhranı yaranıb.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 335 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 335 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 335 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 335 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 335 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 335 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 335 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 335 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 335 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 335 baxış
Seçilmişlər
icon