Ukraynalıları narahat edən nədir? | Podolyakdan vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər Ukrayna cəbhəsində Rusiya Ordusunun bir neçə istiqamətdə irəliləməsi rəsmi Kiyevi təxirəsalınmaz tədbirlər görməyə vadar edib.
Xüsusilə yeni səfərbərlik dalğası və Qərbin yeni yardım qərarları fonunda Ukraynanın cəbhədə geriləməsi ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Rəsmi Kiyev mühüm qərarlar qəbul etmək məcburiyyətində qalıb.
Ukrayna Prezident ofisinin müşaviri Mixaylo Podolyak taktikada Rusiyanın strategiyasında dəyişikliklər müşahidə edildiyini bildirib:
“Əlbəttə ki, o da müəyyən resurs çatışmazlığı yaşayır. Əgər Ukrayna Rusiya ərazisindəkilər də daxil olmaqla müharibə infrastrukturuna – təkcə neft emalı deyil, həm də hərbi müəssisələr və yığılma yerləri, anbarlar və logistika qovşaqlarına zərbələri artırarsa, onlar döyüş meydanına əlavə resursların çatdırılmasında böyük çətinlik çəkəcək. Məhz bu istiqamətdə tərəfdaşlarımızla üç vacib şərti müzakirə edirik”.
“Birincisi, Ukraynanın uzaqmənzilli zərbə silahlarının sayı əhəmiyyətli dərəcədə artırılmalıdır. Bunlar raketlər, uzaqmənzilli dronlardır.
Eyni zamanda yalnız Ukrayna ərazilərində deyil, həm də Rusiyanın özündə yerləşən infrastruktura qarşı zərbələrə sakit yanaşmaq lazımdır. Çünki beynəlxalq hüquqa görə, müdafiə müharibəsi aparan zaman, əlbəttə ki, o müharibənin infrastruktur mənbələrini məhv etməlisən.
Üçüncü vacib nüans aviasiyadır. Rusiya bu gün taktiki aviasiyaya görə cəbhə xəttində üstünlüyə malikdir. Onların məhvetmə məsafəsi 50-70 kilometrə qədər artır. Əlbəttə ki, bu, effektiv müdafiə müharibəsi aparmaq üçün böyük problemlər yaradır”, – M.Podolyak vurğulayıb.
#Ukrayna teqi istifadə olunub
- Ankara hərəkətə keçdi
- Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Türkiyə Rusiya və Ukrayna taxılının ixracını bərpa etməyə çalışır - Baku TV
- Ukrayna müharibəsinin taleyi yenidən diqqət mərkəzindədir - Baku TV CANLI
- Avropa Komissiyası 2027-ci il üçün maliyyə ayrılmasını təsdiqləyib
