Pleyeri seçin:

Ukraynanı dilənçiyə çevirib | Brankoviç Zelenskinin suya düşən planından danışdı

31 yanvar 2025 303 baxış

“Slovakiyanın Baş naziri Robert Fitso ilə baş tutmayan görüşün protokolları göstərir ki, Ukrayna Prezidenti Volodimir Zelenski və onu dəstəkləyənlər çıxılmaz vəziyyətdədir. V.Zelenski atdığı bütün addımların, bütövlükdə hər şeyin uğursuzluğa düçar olduğunu anlayır”.

Bunu serbiyalı diplomat Branko Brankoviç deyib.

O bildirib ki, R.Fitso ilə baş tutmayan görüşün protokollarını dərc etməklə V.Zelenski böyük miqyasda diplomatik qalmaqal yaradıb. Çünki ciddi dövlətlər və onların rəhbərləri bu cür addım atmırlar:

“V.Zelenski Ukraynanı ABŞ və Qərbi Avropa siyasətinin dilənçisinə çevirib. Öz vulqar söz ehtiyatı və davranışları ilə ölkənin səviyyəsini aşağı salıb. O, bir daha sübut edir ki, hakimiyyətə zorla gətirilib və heç də xalqın istədiyi lider deyil. Onu nəinki ikinci dərəcəli, ümumiyyətlə, siyasətçi adlandırmaq doğru olmaz. O, daha çox xarici kapitalın və NATO-nun əlində oyuncağa çevrilən sirk ifaçısıdır. Amma V.Zelenski və onun tərəfdarlarının bu siyasəti nəticə vermədi. Qərb artıq nə Rusiya ilə qarşıdurma, nə də Ukraynada müharibə istəyir. Çünki onlar iqtisadi cəhətdən çox aşağı vəziyyətə düşüblər. Qərb enerji ehtiyatlarını nə qədər şaxələndirsə də, onları bərpa edə bilmir. Avropa İttifaqında iqtisadi vəziyyətin pis olması üzv dövlətlərin Minsk razılaşmasını yerinə yetirməməsinin nəticəsidir. Bunu Almaniyanın keçmiş kansleri Angela Merkel də açıq şəkildə etiraf edib”.

Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso V.Zelenskinin ona baş tutmayan görüşün protokollarını göndərdiyini açıqlayıb. O bildirib ki, görüşün protokolunda Ukrayna üçün edilə biləcək hər şey, o cümlədən NATO üzvlüyünə dəstək məsələsi əks olunub.

Kir Starmer ölkəsinə görə narahatdır

Kir Starmer ölkəsinə görə narahatdır

Dünya
01 aprel 2026 303 baxış
“Britaniyanı müharibədən uzaq tutacağıq” | Kir Starmer

“Britaniyanı müharibədən uzaq tutacağıq” | Kir Starmer

Dünya
01 aprel 2026 303 baxış
Fitso Zelenski ilə bağlı çağırış etdi: “Böhranın səbəbkarı odur”

Fitso Zelenski ilə bağlı çağırış etdi: “Böhranın səbəbkarı odur”

Dünya
01 aprel 2026 303 baxış
Tramp ABŞ-ni NATO-dan çıxarmağı planlaşdırır

Tramp ABŞ-ni NATO-dan çıxarmağı planlaşdırır

Dünya
01 aprel 2026 303 baxış
“Bizə aviabazalardan və hava məkanından istifadə icazəsi vermirlər” | Rubio

“Bizə aviabazalardan və hava məkanından istifadə icazəsi vermirlər” | Rubio

Dünya
01 aprel 2026 303 baxış
Britaniya Baş naziri Trampın NATO-dan çıxmaqla bağlı açıqlamasına cavab verdi

Britaniya Baş naziri Trampın NATO-dan çıxmaqla bağlı açıqlamasına cavab verdi

Dünya
01 aprel 2026 303 baxış
“Müharibənin regionda daxili qarşıdurmaya çevrilmə riski var” | Rəcəb Tayyib Ərdoğan

“Müharibənin regionda daxili qarşıdurmaya çevrilmə riski var” | Rəcəb Tayyib Ərdoğan

Dünya
01 aprel 2026 303 baxış
Qəzzadan 2 il əvvəl təxliyə olunan uşaqlar valideynlərinə qaytarılıb

Qəzzadan 2 il əvvəl təxliyə olunan uşaqlar valideynlərinə qaytarılıb

Dünya
01 aprel 2026 303 baxış
Tramp Ukrayna və NATO-nun dəstəklərə qarşılıq vermədiyini bildirib

Tramp Ukrayna və NATO-nun dəstəklərə qarşılıq vermədiyini bildirib

Dünya
01 aprel 2026 303 baxış
Britaniyada böyük skandal | Çin nüvə sualtı qayığına “qarmaq” atıb?

Britaniyada böyük skandal | Çin nüvə sualtı qayığına “qarmaq” atıb?

Dünya
01 aprel 2026 303 baxış
Seçilmişlər
icon