Ukraynanı tək buraxan Bayden İsrailə dəstək verəcək
ABŞ Prezidenti Co Bayden yəhudilər xas olan “Hanukkah” bayramını qeyd etmək üçün Ağ Evdə mərasim təşkil edib.
“İşıq festivalı” kimi də tanınan bu tədbirdə çıxış edən Bayden İsrail-Həmas müharibəsindən də söz açıb. Bildirib ki, ABŞ HƏMAS-dan qurtulana qədər İsrailə hərbi dəstəyini davam etdirəcək:
“Biz son dərəcə ehtiyatlı olmalıyıq. Dünyanın ictimai rəyi bir gecədə dəyişə bilər, buna imkan verə bilmərik. HƏMAS-ın hücumundan sonra yəhudi xalqının və İsrailin təhlükəsizliyinə, onun müstəqil yəhudi dövləti kimi mövcud olmaq hüququna Ağ Ev öz sadiqliyini qoruyur. Bir sözlə, bizim tərəf seçimimiz dəyişilməz olaraq qalır. Sionist olmaq üçün yəhudi olmaq lazım deyil, mən də sionistəm. Açığı bunu dilə gətirəndə problem və tənqidlə üzləşdim. Amma bunun öhtəsindən gəldim”.